Modern.az

Moldovadakı səfirimiz haqqında nə bilirik?

Moldovadakı səfirimiz haqqında nə bilirik?

Aktual

13 İyul 2012, 09:29

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları – səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.

Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.

Beləliklə, Azərbaycanın Moldovadakı  səfirini tanıyırsınızmı?

Azərbaycanın Moldovadakı səlahiyyətli və fövqaladə səfiri professor, doktor Namiq Əliyev 1956-cı ildə mayın 16-da Bakıda anadan olub.
1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1984-cü ildə  Moskvada hüquq elmləri namizədliyini müdafiə edib. 1992-ci ildə fəlsəfə elmləri doktorluğunu, 2004-cü ildə Tiflisdə hüquq elmləri doktorluğunu müdafiə edib.
1978-1979-cu illərdə  Prokurorluqda müstəntiq işləyib.

1979-1992–ci illərdə Sosial İdarəetmə və Politologiya İnstitunda elmi işçi, müəllim, baş müəllim, dosent, dekan, kafedra müdiri işləyib. 1992-1993–cü illərdə  Parlamentin  hüquq-mühafizə və müdafiə şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-1997–ci illərdə  Milli Məclisin Konstitusiya şöbəsinin müdiri olub. 1997-2000- ci illərdə Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, 2000-2002–ci illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin dekanı, 2002-2004–cü illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi  Bələdiyyələrlə İş üzrə Mərkəzinin rəhbəri olub.
2004-2006–cı illərdə  Milli Məclisin  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri,  2006-cı ildə Milli Məclisin daimi komitələrinin şöbə müdiri işləyib.
2006-cı ildən Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub. 20 aprel 2011-ci ildən  Azərbaycanın Moldovadakı  fövqaladə və səlahiyyətli səfiridir.

Rus, alman, ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır