Modern.az

Ali məktəblərə yeni qəbul planı açıqlandı - STATİSTİKA

Ali məktəblərə yeni qəbul planı açıqlandı - STATİSTİKA

13 İyul 2012, 11:24


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planını elan edib.

Modern.az
saytının xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev  bildirib. O, deyib ki, Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası 2012-2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə qəbul planını təsdiqləyib.

Ötən illə müqayisədə qəbul planındakı yerlərin sayı xeyli artırılaraq təxminən 34092  yerə çatdırılıb. N.Babayev bildirib ki, bu il ən çox qəbul yeri IV ixtisas qrupu üzrə artırılıb. Belə ki, IV ixtisas qrupunda 639 plan yeri artırılıb. I ixtisas qrupunda plan yerləri 14,42 faiz, II qrupda 3,5 faiz, III qrupda isə 3,44 faiz artıb.

Ümumilikdə builki qəbul planında yerlərin sayı ötən illə müqayisə 9 faiz artıb.

Xatırladaq ki, ötən il ali məktəblərə qəbul planında 31 min 419 yer var idi. 

2012-ci ildə ali məktəblərə qəbul imtahanları aşağıdakı qrafik üzrə keçiriləcək:

III ixtisas qrupu üzrə  - 14 iyul
I ixtisas qrupu üzrə  - 20 iyul
IV ixtisas qrupu üzrə – 27 iyul
II ixtisas qrupu üzrə – 3 avqust  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər