Modern.az

Sahibə Qafarova Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Sahibə Qafarova Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

9 Noyabr 2020, 16:00

Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir: "Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Çox xoşbəxt və qürurluyuq ki, üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Qarabağımızın göz bəbəyi olan Şuşamızda qürurla dalğalanır. Hər birimizə sonsuz sevinc, qürur və fərəh hissi bəxş edən bu zəfərlərin memarı Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Şanlı Ordumuz, qəhrəman əsgərlərimiz qanı, canı bahasına torpaqlarımızı azad edir, üçrəngli bayrağımızı dalğalandırır.

 

Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə! Eşq olsun Şanlı Azərbaycan Ordusuna!

 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir