Modern.az

Rza İbadovdan Prezidentə təbrik

Rza İbadovdan Prezidentə təbrik

9 Noyabr 2020, 21:07

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov özünün feysbuk hesabında Şuşanın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

 

Modern.az-ın xəbərinə görə, keçmiş deputat təbrikini bu cür ifadə edib:

 

"Əziz Ali Baş Komandan!
 

Naxçıvanın suyu, çörəyi Sizə halal olsun.

Ananızın südü, Atanızın çörəyi Sizə halal olsun!

Dahi Heydər Əliyevin qətiyyətli, dəyanətli oğlu millətimizin şərəfli tarixini yenidən yazdınız.

Sınmış, təhqir olunmuş qürurumuzu özümüzə qaytardınız, millətimizin əyilmiş qamətini düzəltdiniz.

Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda qaldırdığı üç rəngli bayrağı Siz Şuşada ucaltdınız. 

Siz Azərbaycan tarixinə adınızı müzəffər, rəşadətli sərkərdə, qəhrəman Azərbaycan oğlu kimi yazdınız.

Sizi şəxsən tanıdığıma görə qürur duyuram.

 

Allah Sizi millətimizə çox görməsin".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir