Arxiv
10 Noyabr 2020, 12:48 | PARLAMENT
Şuşa özünə qayıtdı…

İnsan həyatı o qədər uzun deyil ki, onu dərd-qəm içində yandırmaqla barışasan. Bu həqiqəti dərk etməyə başlayandan hər birimiz həyatımızın hər günündə bir sevinc işartısı axtarmağa başlamışdıq. Tapmayanda uşaqlıq illərimizin qayğısız günlərini xatırlayar və özümüzü inandırmağa çalışardıq ki, heç olmasa o zaman, uşaq olarkən xoşbəxt idik. Bizi istədiyimiz qədər qane etməsə də qarşılaşdığımız ən kiçik sevinc anlarını belə yaddaşımızda bir-birinin ardınca xalça ilmələri kimi düzməklə bu xırda sevinclərdən xəyalımızda özümüzə xoşbəxtlik xalısı toxumağa çalışırdıq. Amma qəlbimizin dərinliyində bizi sızladan, gizli-gizli ağladan və həyatımızın böyük bir hissəsini yandırıb külə döndərən bir nisgil vardı - Qarabağ nisgili.

 

Vətən nisgili, itirilmiş torpaq ağrısı, aşağılanmış qürur acısı, övladlarımızın gözlərinə kişi kimi baxa bilməmək xəcaləti şüurumuza, varlığımıza hakim kəsilmişdi. Bu iztirab, bu acılar, bu xəcalət hissləri heysiyyatımızı ləkələmiş, bizə xoşbəxtliyin dadını unutdurmuşdu. Övlad dünyaya gətirməkdən, qız köçürməkdən, oğul evləndirməkdən almağa çalışdığımız sevinc və fərəh hisslərimizi nə qədər xəyali xoşbəxtlik xalçamıza düzməyə çalışsaq da bu bizi xoşbəx edə bilmirdi. Özümüzü aldatmağa qürurumuz yol vermirdi. Yaşayaraq heç zaman xoşbəxtlik hisslərini bir daha yaşaya bilməmək qorxusu ruhumuzu əsir etmişdi, amma sındıra bilməmişdi.  Bakıda, Şəkidə, Gəncədə, Lənkəranda yaşasaq da ruhumuz Qarabağda dolaşırdı. Eşitdiyimiz istənilən pis və ya yaxşı xəbərləri qulaqlarımızda daim səslənən əsirlikdə çırpınan Qarabağın iniltiləri içərisindən eşidirdik. Hara baxmaq istəsək Şuşa dağlarının dumanlı başı və ildən-ilə həsrətdən bozalan qədim Qala divarları gözlərimiz önündə canlanırdı. 

 

Düz 28 il hər açılan sabahın bir müjdə gətirəcəyinə ümidlə yaşadıq, əzab çəkdik, şüurumuzla, qəlbimizlə o günün gələcəyini, o xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o sabah açıldı. 

 

Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu. Qarabağın azadlığı uğrunda  günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu günkü yekdilliyi fəth etməmiş ümummilli həmrəyliyimiz bizi  bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, canını döyüş meydanlarında qoydu, Qarabağın keçilməz dağlarında, dərələrində tökülən qanlarının izləri ilə Azərbaycanı o alınmaz Şuşa qalasına gətirib çıxardı. 

 

Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa özünə qayıtdı. Şuşa miniilliklər ərzində köksündə bəsləndiyi doğma Azərbaycanına qovuşdu. Dədə-babalarımızın qoruyub bizə saxladığı  əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.  

 

Bu gündən etibarən dünyanı bir başqa rəngdə görməyə, yaşamımızı bir fərqli ovqatda davam etdirməyə başlayırıq. Yeni Həyat başlayır. Qələbə müjdəsinin gözlərimizi yaşartdığı, Qələbə qürurunun başımızı ucaltdığı, xoşbəxtlik hisslərimizin sinəmizə sığmadığı bir günlə başlayan Yeni Həyat. Yaşa Azərbaycan xalqı! Sən ən böyük xoşbəxtliyə layiqsən!

 

Cavanşir Feyziyev

Millət vəkili

9 noyabr 2020

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Siyasi partiyalar haqqında” yeni qanun hamının maraqlarını təmin edəcək - Deputat 11 Aprel 2021, 14:31 Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək   11 Aprel 2021, 14:02 Türkiyə İtaliyadan vertolyot alışını dayandırdı 11 Aprel 2021, 13:55 Çayxanada şənlik təşkil edənlər cərimələnib 11 Aprel 2021, 13:52 Putin yenə hədələyir: Qərb hazır olmalıdır 11 Aprel 2021, 13:42 Ermənilər Ağdamı addım-addım məhv ediblər - Prezidentin köməkçisi 11 Aprel 2021, 13:15 Türk Şurasının nümayəndəsi Ağdamdan UNESCO-ya səsləndi: “Buna göz yumulmamalıdır” 11 Aprel 2021, 13:00 Vətən müharibəsi bizi həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu 11 Aprel 2021, 12:52 Türkiyə İtaliyadan helikopter alışını dayandırdı 11 Aprel 2021, 12:45 Koronavirusa yoluxanlara Ramazan TÖVSİYƏLƏRİ 11 Aprel 2021, 12:37 Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək, yağış, dolu... - Sabahın hava PROQNOZU 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40