Modern.az

Türkiyəyə səfər etmək istəyənlərə XƏBƏRDARLIQ

Türkiyəyə səfər etmək istəyənlərə XƏBƏRDARLIQ

Aktual

10 Noyabr 2020, 21:20

Məlum olduğu kimi, cari ilin 13 avqust tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib

Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır. 

 

Bu barədə Modern.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, bu baxımdan Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə üzərindən getməyə hazırlaşan Azərbaycan Respublikasının vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır