Modern.az

Arayik Arutunyan erməniləri Qarabağa çağırır... - Deputat: “O qələt edir”

Arayik Arutunyan erməniləri Qarabağa çağırır... - Deputat: “O qələt edir”

Qarabağ

12 Noyabr 2020, 09:54

Ermənistan Qarabağ müharibəsindəki məğlubiyyətini hələ də qəbul edə bilmir. Azərbaycanın qələbəsini həzm edə bilməyən, cəbhədə böyük itkilər verən  Ermənistan xalqı iğtişaşlara başlayıb, baş nazir Nikiol Paşinyan qaçıb gizlənməyə məcbur olub, müxalifət hökumətin istefasını tələb edir, polis kütləvi həbslər həyata keçirir...

Qarabağdakı separatçıların başçısı Arayik Arutunyan isə erməni xalqı arasında satqın axtarırı. Bu arada o, Xankəndinə məğlub generallarla bir toplantı keçirib. Separatçılıq fəaliyyətinə son qoymaq istəməyən Arayik Arutunyan Ermənistan rəsmilərini, parlament üzvlərini  prosesləri müzakirə etmək üçün Xankəndiyə dəvət edib.


Sual olunur: Arutunyan hansı statusla bu addımları atır?


Həmin görüş baş tutarsa, rəsmi Bakı hansı tədbirlər görə bilər?


Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, Arayik Arutunyan belə cəsarət edə bilməz:


“O kimdir ki hansısa ermənini Xankəndiyə dəvət edə?! O qələt edib ki, belə çağırış edir! Əvvəla onun sağ olub-olmadığı da bəlli deyil. O sağ olsa belə cəsarət tapıb Dağlıq Qarabağa gələ bilməz. O əgər Dağlıq Qrabağa gəlsə, Azərbaycanın hüquq-mühafizə orqanları onu tutub məhkəmə qarşısına çıxaracaqlar”.


Deputatın sözlərinə görə, separatçılıqla məşğul olmuş cinayətkar ermənilər mütləq cəzalarını alacaqlar:


“Onların təpəsinə yumruğu qoyduq və hamısı darmadağın oldu. İndi Azərbaycanın hüquq-mühafizə orqanları bu cür məsələlərlə məşğuldur. 1988-ci ildən bu günə kimi Azərbaycan qanunlarını pozanlar,  insanlığa, bəşəriyyətə  qarşı cinayət törədənlərin hamısı haqqında cinayət işi var. Onların  hamısı cəzasını alacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı