Modern.az

Deputat Modern.az-a telefon açdı

Deputat Modern.az-a telefon açdı

15 İyul 2012, 13:02

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin Modern.az saytında dərc olunan müsahibəsində texniki səhvlərə yol verilib.

Belə ki, deputatla müsahibədə sentiner sözünün əvəzinə ton, Ali Attestasiya Komissiyasının yerinə isə Ali AttestasiyaKomitəsi sözü gedib. Qeydə alınan səhvlər deputatın saytımıza telefon zəngindən sonra dərhal aradan qaldırılıb.

Modern.az-a zəng vuran deputat müsahibəsində aqrar sahə ilə bağlı dediklərinn qeyri-peşəkarcasına bəzi qəzetlərdə  yozulduğunu da bildirib.

O, qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi nə soğan əkir, nə də soğan tədarük edir: "Ona görə dediklərimi bu nazirliyə qarşı kimi dəyərləndirənlərə bir az savadlı olmağı arzulayıram".

“Təəssüflər olsun ki, mənim fikirlərim qeyri-peşəkarlar tərəfindən düzgün qəbul edilməyib. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi nə soğan əkir, nə də bu məhsulu tədarük edir. Eyni zamanda bununla bağlı hansısa fermerə  göstəriş də vermir”.

Səsləndirdiyi statistik rəqəmlərə gəldikdə isə deputat bildirib ki, bu göstəricilər doğrudur və hökumətin hesabatı zamanı da səsləndirilib.

“Bu baxımdan mən bir çox jurnalistlərə ciddi, qərəzdən kənar və bir az da savadlı olmağı arzulayıram”, - deyə deputat vurğulayıb.

Eldar Quliyev sonda qeyd edib ki, təxminən 7-8 il öncə "Reytinq" qəzeti ilə arasında yaşanan məhkəmə çəkişməsində qəzetə qalib gəlib: "O zaman mən bu qəzeti bağışladm. Məhkmənin iştirakı ilə bu qəzet üzərinə belə bir öhdəlik götürdü ki, bir daha Eldar Quliyev haqda doğru olmayan, şəxsi təxəyyül və qərəzli yazılar dərc etməyəck. Bunu ona görə xatırlatdım ki, bu qəzetin rəhbərliyi öhdəliyini yadına salsın".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir