Arxiv
13 Noyabr 2020, 11:19 | DİASPOR
Xaricdə yaşayan soydaşlarımız: “Tarixi qələbəmiz qarşımızda yeni vəzifələr qoyur” 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və qeyd edib ki, rəşadətli Ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş bu möhtəşəm qələbə bundan sonra dünya azərbaycanlılarının qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur. “Azərbaycan diasporunun əvvəllər əsas vəzifələrindən biri  ölkəmizin haqq səsini dünyaya çatdırmaq idisə, artıq hədəflərimiz və fəaliyyət istiqamətimiz dəyişir. Bundan sonra Qarabağın zəngin mədəni-irsinin dünyada təbliği, turizmin inkişafına yeni töhfə vermək  fəaliyyətimizin prioritetini təşkil edəcək. Biz xarici ölkələrin KİV-lərini daha geniş məlumatlandırmalı, dövlətimizə dəstək olmalıyıq. Bu baxımdan bizim görüşlərimiz daha intensiv olacaq”.

 

Görüşdə çıxış edən Niderland Parlamentinin deputatı Tunahan Kuzu da bu tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Deputat diqqətə çatdırıb ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu təhdid etməyə başlayıblar, lakin mən öz  mövqeyimdən əl çəkməyəcəyəm. Bütün beynəlxaq ictimaiyyətin bildiyi kimi Qarabağ Azərbaycandır, bu gün  Azərbaycan bayrağının Şuşa şəhərində və Ermənistanın işğalından azad edilmiş digər torpaqlarında dalğalandırılması qürurvericidir.

 

Maisə Ağamirzəyeva, Aynur Məmmədova, Vüqar Abbasov, İlhan Aşkın, Ayhan Dəmirçi, Səbuhi Məmmədov, Firəngiz Bağırova, Elsevər Məmmədov və qələbə sevincini bölüşən digər soydaşlarımız  bundan sonra da Azərbaycan dövlətinin yanında olduqlarını və milli maraqlarımızın müdafiəsi üçün yumruq kimi birləşəcəklərini bəyan ediblər. 37 soydaşımızın iştirak etdiyi görüşdə qələbənin qarşımızda qoyduğu yeni vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da faciə qurbanlarının yekun sayı açıqlandı 26 İyul 2021, 00:57 Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı 26 İyul 2021, 00:43 Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic etdi 26 İyul 2021, 00:26 Daha 6 idmançımız mübarizəyə qoşulur - Tokio-2020 26 İyul 2021, 00:10 Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı 25 İyul 2021, 23:59 İsrail BƏƏ-yə ilk səfirini təyin etdi 25 İyul 2021, 23:48 “Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti 25 İyul 2021, 23:33 Martin "Barselona"dan ayrılır? 25 İyul 2021, 23:17 17 ildə ilk dəfə məğlub oldular 25 İyul 2021, 23:02 Şəhid polkovnikin oğlu əsgərliyə gedir 25 İyul 2021, 22:50 Gəncədə taksi sürücüsü bıçaqlandı 25 İyul 2021, 22:41 Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş... 25 İyul 2021, 22:28 Şahmatçımız dünya kubokunda heç-heçə etdi 25 İyul 2021, 22:14 Mingəçevirdə beşmərtəbəli binada yanğın 25 İyul 2021, 22:00 İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB 25 İyul 2021, 21:48 "İnter" Lukakunu satmaqdan imtina etdi 25 İyul 2021, 21:39 Türkiyədə pandemiya ilə bağlı vəziyyət pisləşir 25 İyul 2021, 21:21 Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI 25 İyul 2021, 21:10 Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi 25 İyul 2021, 20:58 Ucarda xəsarətlə nəticələnən yol qəzası - FOTO 25 İyul 2021, 20:43 Daşkəsəndə toyda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB 25 İyul 2021, 20:29 Tramp tərəfdarlarını sosial şəbəkələrlə mübarizəyə çağırdı 25 İyul 2021, 20:20 Fransada etirazçılarla polis arasında toqquşma 25 İyul 2021, 20:06 İdmançılara 30 saniyəlik maska icazəsi  25 İyul 2021, 19:38 Qazax sakinində narkotik aşkarlandı    25 İyul 2021, 19:34 Səməd Səmədov dəfn olundu  25 İyul 2021, 19:14 Dələduz direktor Azərbaycana ekstradisiya olundu 25 İyul 2021, 19:09 Daha 3 toy məclisində karantin qaydaları pozuldu 25 İyul 2021, 18:49 İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı 25 İyul 2021, 18:00 AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...” 25 İyul 2021, 17:51 Marina Nekrasova finala çıxa bilmədi  25 İyul 2021, 17:43 Ermənilər Kəlbəcəri yenə atəşə tutdu   25 İyul 2021, 17:34 Tokio-2020: Çin liderdir,  ABŞ üçüncü pilləyə yüksəldi – MEDAL SİYAHISI 25 İyul 2021, 17:22 Yaşar Vahabzadə "Kəpəz"də qaldı 25 İyul 2021, 17:16 Şəhid pilotumuzun anım mərasimi keçirildi 25 İyul 2021, 17:05