Modern.az

“Bu müharibədə Ermənistan elə zərbə aldı ki...” - Spiker

“Bu müharibədə Ermənistan elə zərbə aldı ki...” - Spiker

Aktual

13 Noyabr 2020, 11:26

“Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub”.

Modern.az xəbər verir ki, bunu parlamentin plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova ölkəmizin ərazi bütövlüyünün  təmin ediləcəyindən də söz açıb:

“Məcburi köçkünlər həmin ərazilərə geri dönəcək. Bu müharibədə Ermənistan elə zərbə alıb ki, onun özünə gəlməsinə illər sərf ediləcək”.

Spiker bu müharibədə dünyanın bir vandallığı da gördüyünü qeyd edib:

“Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir