Modern.az

Ziyafət Əsgərov: “Bir millət iki dövlət fəlsəfəsi”

Ziyafət Əsgərov: “Bir millət iki dövlət fəlsəfəsi”

Aktual

13 Noyabr 2020, 17:35

“Hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı möhtərəm İlham Əliyevi, xalqımızı və ordumuzu bu böyük qələbə münasibətilə təbrik edirəm. Noyabrın 10-da ölkəmizin tarixində yeni bir səhifə açıldı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan və Rusiya prezidentlərinin Ermənistanın Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla rəsmi olaraq son qoyuldu”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

 

Komitə sədrinin sözlərinə görə, demək olar ki, 30 ilə yaxın müddət  ərzində ulu öndərimizin və cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi ilə dövlətimizin iqtisadi cəhətdən güclənməsi, hərb elminin ən müasir texnologiyalarına əsaslanan ordumuzun yaradılması eyni zamanda bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyən sənədlərin qəbul olunması münaqişənin parlaq qələbəmizlə nəticələnməsinə hüquqi  zəmin yaratdı:

 

Daxili həmrəylik, milli birlik və möhtərəm prezidentimiz cənab Ali Baş Komandanımızın bildirdiyi kimi yumruq kimi birləşməyimiz Ali Baş Komandan-xalq-ordu birliyi gücümüzə güc qatdı. Nəticədə:

 

1. Azərbaycan son 200 ildə müharibədən ərazi itkisinə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.

 

2. Azərbaycan ordusu müasir müharibə aparmaq  texnologiyalarını yüksək səviyyədə mənimsəməklə bütün dünyaya sübut etdi ki, bu beynəlxalq humanitar hüququn tələblərinə əməl etməklə tam legitim döyüşlər aparır.

 

3. Bu bəyanatın imzlanması ilə Ermənistanın hərbi kapitulyasiyası rəsmiləşdirildi.

 

4. Bəyanatda uzun illərin işğalına son  qoyulmaqla Dağlıq və Aran Qarabağ üzərində Azərbaycanın yurisdiksiyası bərpa olundu.

 

5. Ermənistana əvvəllər təklif edilən və onun qəbul etmədiyi ən yüksək status anlayışı tarixə qovuşdu.

 

6. İşğal edilmiş ərazilərdən Ermənistan Silahlı Qüvvələri çıxarılır və məcburi  köçkün və qaçqınlar öz ata-baba yurdlarına qayıdırlar.

 

Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verilir”.

 

Ziyafət Əsgərov vətən müharibəsində Türkiyənin dəstəyini də qeyd edib:

 

“Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olmaqla, qardaş Türkiyə Cümhuriyyəti həmişə olduğu kimi vətən müharibəsi vaxtı da daim yanımızda oldu. Bizə mənəvi və siyasi dəstək verdi. Bu haqlı davamızda bir daha sübut olundu ki. bir millət iki dövlət ifadəsi sadəcə bir şüar deyil. Dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin fəlsəfəsini təşkil edən bütöv bitkin bir tarixi təfəkkür konsepsiyasıdır. Bu münasibətlə fürsətdən istifadə edərək bir daha qardaş Türkiyəyə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi