Modern.az

Kəndimizin erməniləri

Kəndimizin erməniləri

Ədəbi̇yyat

15 Noyabr 2020, 19:47

Vilayət Quliyev

 

İndi hamını cərəyan edən son dərəcə gərgin və mühüm hadisələrlə bağlı qısa xəbərlər maraqlandırır. Mən bu arada ermənilərin niyə Azərbaycanda bu dərəcədə qol-qanad açmaları sualına cavab tapmaq üçün bəzi xatirələrə baş vurdum.
Vaxtınız olsa və maraqlı görünsə oxuyun. İstəyənlər öz yaşadıqları yerlərdəki ermənilərlə bağlı tarixçələri də əlavə edə bilərlər.
Belədə müəllifi bəlkə də yüzlərlə adam olan bir kitab yarana bilər.

 

KƏNDİMİZİN ERMƏNİLƏRİ

 

1878-ci ildə imzalanan San-Stefano sülh anlaşmasına qədər ermənilər Osmanlı imperiyasında “milləti-sadiqə” kimi tanınırdılar. Ölkənin həqiqi sahiblərindən - Anadolu türklərindən qat-qat yaxşı yaşayır, özlərini vəziyyətin ağası kimi aparırdılar. Onların arasından sədrəzəm, paşa, nazir, səfir mövqeyinə yüksələn, böyük sərvət sahibi olanlar az deyildi. Bu üstün mövqeləri ilə qürrələnməkdən, hər cür paxıllıq, fitnə-fəsad hissindən uzaq türk insanına təşəxxüslə baxmaqdan çəkinmirdilər. Amma hələlik ortaya siyasi iddia qoymurdular. San-Stefanoda Avropa ermənilərə Osmanlını daxildən parçalamaq üçün kart-blanş verəndə vəziyyət kökündən dəyişdi. Dünənki “milləti-sadiqə” türk dövlətinin və türk etnosunun ən qəddar, amansız, məkrli düşməninə çevrildi.


Eyni vəziyyət 1988-ci ilə qədərki Sovet Azərbaycanında da təkrarlanmışdı. Bir ovuc gəlmə erməni Azərbaycanda tarixən məskunlaşan avtoxton xalqların hamısından yaxşı yerbəyer olmuşdu. Özlərinə imtiyazlı, sərbəst və firavan həyat qurmuşdu. Həm də təkcə böyük şəhərlərdə deyil, ən ucqar kəndlərdə də belə idi.

Bu vəziyyətin yaranması ermənilərin fövqəladə ağlı, bacarığı və qabiliyyəti ilə bağlı deyildi. Düzdür, onların düşdükləri mühit uyğunlaşmaq, cilddən-cildə girmək istedadı var. Amma əsas “uğur” düsturları mərkəzi hakimiyyətin himayəsi və bizim insanın ifrat humanizmi, ürəyiyumşaqlığı, bir az da sadəlövhlük və sadədilliyi olmuşdu.

Bunu aşağıda doğulduğum kəndin timsalında göstərməyə çalışacağam. Onların illər sonra, xüsusən yüzlərlə qurban verdiyimiz, Vətənimizin ən gözəl guşələrinin on illərlə işğal və yağma altında qaldığı Qarabağ savaşlarından sonra yenidən özlərinə aramızda isti yer tapa bilməməsi üçün bəlkə də hər kəndin, mahalın “erməni tarixi” diqqətlə araşdırılmalıdır.


Əgər bu qeydlərə bir epiqraf seçmək zərurəti yaransaydı, yəqin ki,Yevgeni Yevtuşenkonun aşağıdakı misraları yerinə düşərdi:

Əlimizlə bəsləyirik alçaqları,
Tulalardan böyüdürük buldoqları.


(davamı var)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü