Modern.az

Türk əsgəri Qarabağa gəlir -  Türkiyəli deputatdan AÇIQLAMA

Türk əsgəri Qarabağa gəlir -  Türkiyəli deputatdan AÇIQLAMA

16 Noyabr 2020, 13:30

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın  Azərbaycanla bağlı Böyük Millət Məclisinə göndərdiyi sənəd sabah müzakirəyə çıxarılacaq”.

Bu barədə Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Türkiyəli deputat qeyd edib ki, sabah TBMM-nin millət vəkilləri hərbi qoşunlarla bağlı məsələni müzakirə etdikdən sonra yekun nəticə açıqlanacaq.
 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi Böyük Millət Məclisinə göndərib.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?