Modern.az

Azərbaycanın Əməkdar artisti “Qızıl Xaç” ordeninə layiq görüldü

Azərbaycanın Əməkdar artisti “Qızıl Xaç” ordeninə layiq görüldü

Mədəni̇yyət

16 Noyabr 2020, 15:10

Macarıstan Prezidenti Yanoş Aderin və Baş nazir Viktor Orbanın sərəncamları ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı- “Qızıl Xaç” ordeni ilə təltif olunub.

 

Modern.az xəbər verir ki, dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq bilinib.

 

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir