Modern.az

Moldova mətbuatı ermənilərin vəhşiliyindən YAZDI

Moldova mətbuatı ermənilərin vəhşiliyindən YAZDI

17 Noyabr 2020, 12:14

Moldovanın nüfuzlu KİV-ləri Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonlarında evlərin ermənilər tərəfindən yandırıldığına dair xəbərləri geniş işıqlandırıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib. 

 

Bildirilib ki, “Timbul”, “Tribuna”, NOİ.MD, AVA.MD kimi  informasiya portallarında dərc edilən məlumatlarda Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxan ermənilərin evlərə od vurduqları, meşələri yandırdıqları barədə  foto və videolarla birgə ətraflı məlumatlar təqdim edilib.

 

Həmçinin materiallarda o da vurğulanıb ki, ermənilər azərbaycanlılara qalmaması üçün evlərini yandırır, ağacları kəsirlər.

 

Qeyd edilib ki, əldə olunan razılaşmaya əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmalıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər