Modern.az

Xorvatiya mətbuatı Azərbaycanın Vətən Müharibəsindən YAZDI

Xorvatiya mətbuatı Azərbaycanın Vətən Müharibəsindən YAZDI

Aktual

17 Noyabr 2020, 14:00

Xorvatiyanın “Jutarnji List” qəzetində və eyni adlı onlayn xəbər portalında beynəlxalq məsələlər üzrə ekspert Krşevan Antun Duymoviçin “Dağlıq Qarabağ bölgəsində vəziyyət necədir: Müharibə dondurulub. Nə vaxta qədər?”  mövzulu geniş məqaləsi dərc olunub.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, Krşevan Antun Duymoviç Xorvatiyanın Inkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisidir və Azərbaycana bir neçə il öncə bəzi elmi işlərin yazılması məqsədilə səfər edib.

 

Məqalənin əvvəlində müəllif qısa məlumat verir ki, Dağlıq Qarabağ ərazisi Azərbaycana aiddir və 1988-1994-ci illər ərzində baş vermiş münaqişə nəticəsində ermənilərin idarəsi altına keçib. Qeyd olunur ki, 30 ilə yaxın münaqişənin həll olunmamasında və az öncə alovlanmasında beynəlxalq ictimaiyyətin bu tipli problemlərin həllində aciz olmasının göstəricisidir. A.Duymoviç paralel apararaq vurğulamışdır ki, 90-cı illərin əvvəli “Soyuq Müharibənin” bitməsi ilə səciyyələnmiş və ümidlər var idi iki, daha müharibələr olmayacaqdır. Lakin Qafqaz və Balkanlarda böyük həyat itkisinə səbəb olmuş müharibələr baş verib.  Keçmiş Yuqoslaviyadakı müharibə tamamilə olmasa da, ən azından 1995-ci ildə - Xorvatiyanın işğal olunmuş ərazilərini azad etməsi və Deyton Sülh Sazişi ilə başa çatarkən - Cənubi Qafqazda ədalətsiz bir sülh bərqərar olmuş və münaqişə sadəcə dondurulmuş vəziyyətə gətirilib. ATƏT nəzdində yaradılmış Minsk Qrupunun səylərinə baxmayaraq münaqişənin həlli tapılmamış, hətta 2016-cı ildə bir neçə gün şiddətli döyüşlər olub. Müəllif dünyanın qlobal pandemiya ilə mübarizə apardığı bir zaman Ermənistanın cari ilin iyul ayında Tovuz istiqamətini atəşə tutmasını, bu ərazilərin Qarabağdan uzaq olduğunu və ən əsası Azərbaycandan Avropaya gedən enerji xətlərinin yanında baş verdiyini vurğulayıb. Ermənistanın sözügedən addımı bu ölkənin Birgə Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu halda baş verməsi diqqət çəkən məqam kimi dəyərləndirilib. Lakin sentyabr ayında münaqişənin isti fazası başlayan zaman Rusiya Ermənistana ancaq ölkənin ərazi bütövlüyü pozularsa kömək edə biləcəyini açıqlayıb. Müəllif bu qərarı ölkənin Ukrayna ilə olan dondurulmuş münaqişənin mövcudluğu, Belarus və Suriyada məşğulluğu ilə əlaqələndirib.

 

Eyni zamanda A.Dujmoviç regionda digər gücün olduğunu oxucuların nəzərinə çatdırır. Türkiyənin Azərbaycanla tarixi kökləri olan və çox yaxın münasibətlərini diqqətə alan müəllif, bu ölkənin Azərbaycanı ən müasir silahlarla təchiz etdiyini qeyd etmişdir. Məqalədə bildirilir ki, Azərbaycan Ermənistanın sentyabrın 27-dəki təxribatından istifadə edərək, geniş əməliyyat aparmış, artıq 8 noyabr tarixində Şuşanı alaraq, Ermənistanı məğlub vəziyyətə gətirib.

 

Müəllif Ermənistanın Gəncə və Bərdəyə raket zərbələrini də qeyd etmiş və qadağan olunmuş silahların istifadəsini qınayıb.

 

Noyabr ayının 10-da qüvvəyə minən Bəyanata nəzər yetirən A.Duymoviç, bu sənədlə Ermənistanın məğlub olduğunu, Azərbaycanın isə istədiyinə nail olduğunu bildirmişdir. Müəllifə görə cərəyan edən hadisələr onu göstərdi ki, Rusiya və Türkiyə bölgədə daha güclənmişlər. Hətta bu qarşıdurmadan sonra Türkiyə özünü bölgədəki əsas qüvvə kimi təsbit etmiş və Rusiyanın Ankara ilə Cənubi Qafqazdakı ölkələrin vəziyyəti ilə danışıqlar aparmaq məcburiyyətində qalacağını bildirib.

 

Məqaləni aşağıdakı keçidlə onlayn oxumaq mümkündür: //www.jutarnji.hr/vijesti/svijet/kakva-je-situacija-na-podrucju-nagorno-karabaha-rat-je-zamrznut-do-kada-15004357

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı