Arxiv
17 İyul 2012, 17:36 | MÜSAHİBƏ
İlyas İsmayılov: “Ən böyük möcüzə bu ola bilərdi ki…” - MÜSAHİBƏ

"İqtidar-müxalifət münasibətləri düşmənçilik xarakteri daşımamalıdır”


Modern.az
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovla müsahibəni təqdim edir

- İlyas müəllim, bir müddət öncə iqtidar təmsilçisi KİV və QHT rəhbərləri ilə görüşdü. Söhbət gəzirdi ki, növbəti görüş siyasi partiyaların rəhbərləri ilə olacaq. Hakimiyyətin bu addımı əksəriyyət tərəfindən çoxdan gözlənilən iqtidar-müxalifət dialoqunun başlanmasına işarə kimi qiymətləndirilirdi. Amma ölkə başçısının hökumətin son iclasında müxalifətin müəyyən qanadının ünvanına söylədiyi tənqidi fikirlər, eləcə də qarşı tərəfin buna kəskin reaksiyası sanki həmin ümidlərin üstündən xətt çəkdi. Siz necə fikirləşirsiniz, doğrudan da belə hesab etmək olarmı ki, bütün körpülər yandırıldı?

- Xeyr, mən heç də elə hesab etmirəm ki, bütün körpülər yandırılıb. Əvvəla, bu cür qarşılıqlı ittihamlar ən müxtəlif səviyyələrdə əvvəllər də səsləndirilib. İkincisi, elə fikirlər, yanaşmalar birdən-birə yaranmır.Yəni bütün hallarda onları dedirdən səbəblər, amillər olur. Deməli, ilk növbədə həmin səbəbləri axtarıb tapmaq və aradan qaldırmaq lazımdır. Çünki indi səslənən fikirlər nəticədir və yəqin ki, hansısa əsaslara söykənir. Bununla belə, dəfələrlə demişəm, bir daha təkrar edirəm: cəmiyyətdə iqtidar-müxalifət münasibətləri düşmənçilik xarakteri daşımamalıdır; iqtidar müxalifəti ölkənin problemlərinin həllində özünə potensial müttəfiq görməlidir. Bir şeyi də unutmaq olmaz ki, istənilən mübarizənin, hətta müharibələrin də öz qanunları var. Düzdür, şəhərlər-kəndlər dağıdılır, çoxlu insanlar qırılır, amma eyni zamanda əsirlərə, tibb işçilərinə münasibətdə bəlli şərtlərə əməl olunur. Elə öz xalqımızın da uzun illər ərzində formalaşmış, başqalarına da örnək olası adət-ənənələri, xüsusiyyətləri var. Məsələn, nümunə kimi məşhur İsrafil Ağa ilə Qaçaq Kərəmin dastana çevrilmiş münasibətlərini göstərmək olar. Onlar nə qədər qatı düşmən olsalar da, münasibətlərindəki sərtlik, qəddarlıq və əzazillik müəyyən çərçivələri keçməzdi. Hər ikisi əxlaqi keyfiyyətləri və mərdlik xüsusiyyətlərini həmişə qoruyub saxlayardı.

Bir sözlə, mən hesab edirəm ki, indiki münasibətlər mahiyyətini dəyişməli, Azərbaycanın gələcəyi naminə qarşılıqlı hörmət münasibətlərinə çevrilməlidir. Hər birimiz istənilən situasiyada, xüsusən də ölkədə mühüm beynəlxalq tədbirlər keçiriləndə ləyaqətli davranış nümayiş etdirməyi bacarmalı, heç kimə özümüz və xalqımız haqqında pis düşünmək üçün əsas verməməliyik. Bu təkcə iqtidara, müxalifətə yox, xalqın bütün təbəqələrinə aiddir. Çünki hamımız bu ölkənin vətəndaşlarıyıq. Yeri gəlmişkən, Edlay Stivensonun vətənpərvərlik haqda fikirlərini xatırlatmaq istərdim. O deyirdi: “İndiki dövrdə vətənpərvərlik deyəndə biz nə başa düşürük? Vətənpərvərlik odur ki, insanı ölkənin maraqlarını şəxsi maraqlarından üstün tutmağa məcbur edir; vətənpərvərlik emosiyaların qısa və quduz şəkildə püskürməsi deyil, ömür boyu sakit və fasiləsiz xidmətdir. Elə sözlər var ki, onları demək asandır, vətənpərvərlik isə söz deyil, çətin bir işdir. Çox vaxt bizim üçün prinsiplər uğrunda mübarizə aparmaq daha asandır, nəinki həmin prinsiplərlə yaşamaq”.
Yəni biz şəxsi, qrup və partiya maraqlarımızı ölkənin və millətin maraqlarından üstün tuta bilmərik. Məsələn, həmin “Eurovision” ərəfəsində, yaxud da tədbirin keçirildiyi günlərdə həqiqətən də çox xoşagəlməz hadisələr ola bilərdi. Ən azı ona görə ki, buna cəhd edən maraqlı qüvvələr vardı. Və onlar aranı qatmaq üçün planlarını məhz müxtəlif adlar altında keçirilməsi planlaşdırılan etiraz aksiyaları zamanı reallaşdırmaq istəyirdilər. Hesab edirəm ki, müxalifətin özünü radikal adlandıran qanadı gələcəkdə bunu nəzərə almalı və tez-tez müşahidə olunan, necə deyərlər, uşaq cığallığına bənzəyən yersiz inadkarlığından əl çəkməlidir. Çünki yuxarıda da dediyim kimi, belə şeylər istər cəmiyyətdə, istərsə də iqtidarda onun barəsində müəyyən neqativ fikirlərin formalaşmasına təsir göstərir.

Qaldı körpülərin tam yandırlıb-yandırılmaması, bir daha vurğulayıram: həyatda əbədi düşmənçilik yoxdur. Və mən çox istərdim ki, iqtidar-müxalifət münasibətləri həmişə əxlaq, qanun və siyasi mədəniyyət çərçivəsində olsun.

- Qarşıdan prezident seçkiləri gəlir. Belə bir ərəfədə iqtidar komandasındakı vəziyyət hamıya məlumdur. O da məlumdur ki, dövlət məmurları-oliqaxrlar aralarındakı bütün narazılıqlara, nüfuz savaşına baxmayaraq, lazım gələndə  hakimiyyətin və özlərinin ümumi  maraqları naminə birləşməyi bacarırlar. Müxalif düşərgə haqqında isə bunu demək mümkün deyil. Bu düşərgə, xüsusən də onun radikal qanadı o qədər parçalanıb, ortaya o qədər iddialı, ambisiyalı adamlar çıxıb ki, bundan sonrakı prosesləri proqnozlaşdırmağın özü belə müşkülə dönüb. Görünür, bunun nəticəsidir ki,  Azərbaycana gələn nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və aparıcı ölkələrin vəzifəli şəxsləri də artıq onlarla görüşməyi lazım bilmirlər. Sizcə, müxalifət bu durum və “baqajla” 2013-cü il seçkilərində nəyəsə ümid edə bilərmi?

- Əvvəla, məşhur deyimdə vurğulandığı kimi, ümid həmişə sonda ölür. Müxalifətin birləşə bilməməsinə gəlincə isə... Misirin Nobel mükafatı almış Məğub Məhvuz adlı bir yazıçısı var,bir dəfə ondan soruşmuşdular ki, nəyi möcüzə hesab edərdi.Cavab vermişdi ki, onun üçün ən böyük möcüzə ərəblərin birləşməsi olardı. Bu mənada bizdə də ən böyük möcüzə bəlkə elə müxalifətin birləşməsi ola bilərdi. Ancaq mən möcüzə gözləmirəm. Həm də hesab edirəm ki, bu birləşməməyi faciəyə çevirmək də lazım deyil. Bir məqamı nəzərə almaq lazımdır ki, həyatda hər şey hansısa maraqlarla bağlıdır. Müxalifət partiyaları da müxtəlif insanlardan ibarətdir, onların həm fərdi, həm də ümumi maraqları var. Üstəgəl hər bir partiya strateji və taktiki addımları nəzərdə tutan özəl plana malikdir.

- Dedikllərinizdən bu qənaətə gəlmək olar ki,  belə getsə seçki ərəfəsi  vəziyyət gərginləşə və ölkə, necə deyərlər, “qaynayan qazana” dönə bilər. Sizcə, hər iki tərəfdən hansı addımlar atılmalıdır ki, həmin “qazan” daşmasın, əksinə, neçə illərin ortadakı “buzu” sınsın?

- Vəziyyətin kəskinləşməsi istənilən seçki ərəfəsində müşahidə olunur. Həm də təkcə bizdə yox, hər yerdə belədir.Amma mən burada bir məqamı xüsusi vurğulamaq istərdim.Bütün normal ölkələrdə siyasi mübarizənin instrumenti və avanqardı siyasi partiyalar olur. Təəssüf ki, əksər Şərq ölkələrində olduğu kimi, bizdə də bu rolu çox vaxt hüquq-mühafizə orqanları oynayırlar. Halbuki dediyim kimi, cəmiyyətdə siyasi ehtirasları siyasi qüvvələr, xüsusən də partiyalar tənzimləməlidirlər. Siyasi ehtiraslar nə qədər qızışsa da elə etmək lazımdır ki, hər şey əxlaq və qanun çərçivəsində olsun. Onlardan kənara çıxmasın və sizin dediyiniz kimi, “qazan” qaynayıb daşmasın.Yeri gəlmişkən, şəxsən mən “qazanın qaynayıb daşacağını” ehtimal etmirəm. Çünki həm iqtidarda, həm də müxalifətdə kifayət qədər təcrübəli, yetkin və müdrik adamlar var. Onlar indiyədək buna imkan verməyiblər, yəqin bundan sonra da verməzlər.Yəni məqamı gələndə onlar “qazanın” ya qapağını açıb “parını” buraxacaq, ya da altındakı “odu-közü” götürüb kənara qoyacaqlar. Başqa cür mümkün də deyil. Əks halda çoxsaylı və köklü problemlərimizi həll edə bilmərik.

- Yeri gəlmişkən, Azərbaycanın problemləri barədə. Sizcə, onları kim həll etməlidir: özümüz, yoxsa hansısa beynəlxalq təşkilatlar, Azərbaycanda birbaşa və ya dolayısı ilə marağı olan yaxın-uzaq dövlətlər?

- Sualınız mənə keçmiş bir epizodu xatırlatdı. Bir vaxtlar Sov.İKP ilə Çin Kommunist Partiyası arasında kommunist ideologiyasının hakim olduğu ölkələrda daha yaxşı inkişafa nail olunması üçün hansı prinsiplərə üstünlük verilməsi fikri ətrafında gərgin danışıqlar gedir, yazışmalar aparılırdı. Sov.İKP qardaş partiyalar arasındakı “proletar beynəlmiləlçiliyi” prinsipini təklif və tövsiyə edir, Çin Kommunist Partiyası isə “öz gücünə arxalanmaq” ideyasını önə çəkirdi. İndi görün SSRİ, Sov.İKP hardadır, Çin Xalq Respublikası harda? SSRİ dağılıb, Sov.İKP ləğv olunub, Çin isə dünyanın, demək olar, ikinci qüdrətli dövlətinə çevrilib. Bütün dünya, xüsusən də Qərb onun inkişaf tempi qarşısında az qala başlarını itiriblər. Bilmirlər nə etsinlər ki, Çin məhsulları, eyzən də yüngül sənaye malları Amerika, Avropa bazarlarını zəbt etməsin. Odur ki, biz də öz milli və dövləti maraqlarımızdan çıxış edərək  öz imkanlarımıza söykənməli, öz potensialımıza və gücümüzə arxalanmalıyıq. Problemlərimizi yalnız bu yolla həll edə bilərik.Problemlərimiz isə çoxdur.Ən böyük problemimiz də Qarabağ problemidir. Mən bu barədə fikrimi dəfələrlə bildirmişəm.Partiyamız neçə dəfə bəyanat verib. Lap elə bu günlərdə də

ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə qədərki fəaliyyəti və bölgəyə son səfərləri ilə bağlı  bəyanat qəbul etdik və yaydıq. Bilirsiniz, məsələ ondadır ki, artıq 20 ildən çoxdur eyni halı müşahidə edirik. Həmsədrlər ölkəni, bölgəni az qala su yoluna döndəriblər. Amma ortada heç bir nəticə yoxdur. Halbuki bu 20 ildə yeni - Qarabağsız nəsil formalaşıb. Hərdən soruşurlar: münaqişənin nizamlanması üçün ATƏT-ə, onun Minsk Qrupuna daha neçə il lazımdır? Ümumiyyətlə, bu qurum münaqişənin həllində doğrudanmı səmimidir, maraqlıdır və nə isə edə bilər?

Həmsədrlərdən birinin – Fransanın qondarma erməni soyqırımını tanımasını ATƏT-in Minsk Qrupunun ədalətli olmaq şansını itirdiyinin nümunəsi hesab etmək olar.Rusiya da Ermənistanda hərbi bazasını saxlayır və erməniləri müdafiə etdiyini heç vaxt gizlətmir. ABŞ isə erməni lobbisinin təsirindən çıxaraq neçə vaxt idi ki, Azərbaycana səfir belə göndərə bilmirdi, hətta təyin etdiyi səfiri geri də çağırmışdı.Bütün bu göstərilənlər Azərbaycanın ərazi bütövlüyünün danışıqlar yolu ilə bərpasını nəinki şübhə altına alır, hətta qeyri-mümkün edir. Üstəlik elə təəssürat yaranır ki, Minsk Qrupu sanki daha çox münaqişəni həll etməmək üçün yaradılıb.

Düzdür, hərdən yanlış olaraq belə bir fikir irəli sürülür ki, guya Azərbaycan cəmiyyətinin Minsk Qrupunun fəaliyyətinə olan tənqidi münasibətini dəyişdirməyin yalnız bir yolu var: yeni format tətbiq etmək!

Konkret təklif verənlər də var. Məsələn, bəzilərini fikrincə, həmin formatda Fransanın əvəzinə Avropa İttifaqı iştirak etsə yaxşı olar. Mən isə dəfələrlə vurğuladığım kimi, bu fikirdəyəm ki, Avropa İttifaqı yox, lap Azərbaycana yaxın Pakistan və Türkiyə də orada iştirak etsə, bunun heç bir xeyri olmayacaq. Əvvəla, ATƏT-in nəinki Minsk Qrupu, heç özü də bu problem həll edə bilməz.Çünki bu təşkilatın qərarları dövlətlər üçün öhdəlik yaratmır, məcburi deyil və yalnız tövsiyə xarakteri daşıyır.İkincisi, ermənilər özləri xoşluqla sülhə gəlməkdə qətiyyən maraqlı deyillər.Konkret iki fakt.   Bu il martın 3-də Dağlıq Qarabağdakı işğalçı rejimin lideri Bako Saakyan Xankəndidə həmsədrlərlə söhbətdə bildirmişdi  ki, “Dağlıq Qarabağ Respublikası” danışıqların bütün mərhələlərində iştirak etmədən münaqişənin həllinə nail olmaq mümkün deyil. Separatçı lider Dağlıq Qarabağın müstəqil dövlət olmaq istəyindən zərrə qədər geri çəkilməyəcəyini də  xüsusi vurğulamışdı: “Bundan söhbət belə gedə bilməz”. Təxminən bir il əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı yarışmasında şagirdlərdən birinin "Qərb torpaqlarımızı Ağrı Dağıyla birlikdə geri ala bilərikmi” sualını cavablandırarkən demişdi: “Mənim dövrümün gəncliyi öz öhdəsinə düşəni müvəffəqiyyətlə yerinə yetirdi. 1990-cı illərdə vətənimizin bir hissəsi olan Artsaxı (Qarabağ nəzərdə tutulur-red.) düşmənin əlindən xilas etdik.Hər nəslin bir vəzifəsi vardır.Siz də gələcəkdə bizim kimi üzərinizə düşəni yerinə yetirməlisiniz“. Özünüz deyin, bu cür xəstə təfəkkür sahibləri ilə sülh söhbəti aparmağa dəyərmi?

Ona görə də belə hesab edirəm ki, özümüzü aldadıb nə ATƏT-dən, nə də ermənilərdən  heç nə gözləməməliyik. Bu proses, “vasitəçilik missiyası”  status-kvonun saxlanılmasına, yəni Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalmasına xidmət edir. Ona görə də Azərbaycan Minsk Qrupu çərçivəsindəki danışıqlardan imtina etməli, Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin ATƏT-dən alınıb BMT Təhlükəsizlik Şurasına verilməsinə nail olmalı və bu qurumdan vaxtilə qəbul etdiyi dörd qətnamənin icrası ilə məşğul olmasını tələb etməlidir.Əgər bu da bir nəticə verməsə, onda biz bütün resurslarımızı səfərbər edib, torpaqlarımızı özümüz azad etməliyik.Bəhanə axtarmamalıyıq ki, ruslar, amerikalılar və ya avropalılar nə deyəcəklər.Hüquq bizim tərəfimizdədir və biz bu hüququmuzdan istifadə etməliyik.

- Bir neçə kəlmə də Azərbaycan hakimiyyətinin xarici siyasəti, regionda və  dünyada gedən proseslərlə bağlı tutduğu mövqe haqqında. Bu siyasət bizi hara aparır?

- Azərbaycan elə bir coğrafi məkanda - bir çox dövlətlərin, beynəlxalq biznes və maliyyə qurumlarının maraqlarının kəsişdiyi qovşaqda yerləşir ki, istəsə də, istəməsə də daim manevr etmək məcburiyyətindədir. Xüsusən də xarici siyasətdə.Çünki hamı bizi öz təsiri altına almaq istəyir.Və bu heç də bizə düşmən münasibətdən qaynaqlanmır. Sadəcə bilirlər ki, kim Azərbaycanı təsir altına ala bilsə, başqalarını da təsiri altına almış olacaq…

Bir sözlə, mən hakimiyyətin xarici siyasətini pozitiv hesab edirəm.Düzdür, bəzən bilərəkdən və ya bilməyərəkdən özümüz- özümüzə problem yaradırıq.Bundan qaçmaq lazımdır.Yəni tutaq ki, Avropa İttifaqının, yaxud bizə bütün mənalarda təsir göstərə biləcək hansısa güclü dövlətin ünvanına hərdən elə şeylər deyir, elə addımlar atırıq ki, əslində onlara heç bir ehtiyac olmur.Ən pisi də odur ki, bunlara görə sonradan özümüz çətin duruma düşürük.Bununla belə, mən bunu dövlətin siyasəti hesab eləmirəm.Yəni ümumiləşdirəndə hakimiyyətin xarici siyasətinə xüsusi bir iradım yoxdur. Doğrudur, ola bilsin Qarabağ münaqişəsinin həllinin uzanması ilə bağlı nəsə demək olar. Amma bu məsələ ilə bağlı bütün detallar bizə məlum olmadığından konkret nəsə deməyin özü də düz olmaz…

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq  10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44