Modern.az

Deputat Ali Baş Komandana ordu generalı rütbəsi verilməsini təklif etdi

Deputat Ali Baş Komandana ordu generalı rütbəsi verilməsini təklif etdi

Aktual

20 Noyabr 2020, 13:44

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə bağlı təkliflə çıxış edib.

Modern.az-ın məlumatına deputat deyib ki, dünyada vətən müharibəsindən qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı araşdırma aparıb:

"Dünyanın bəzi ölkələrində vətən müharibəsininin qalib liderinə ordu marşalı rütbəsi verilib. Bizim Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazıb. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər  həm də ən yüksək hərbi rütbə verilsin".

M.İbrahimqızı Ali Baş Komandana ordu generalı ali hərbi rütbəsinin verilməsini təklif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır