Modern.az

XİN: "Bu, təxribatdır..."

XİN: "Bu, təxribatdır..."

Aktual

18 İyul 2012, 14:10

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda qondarma “seçkilərin” keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə uyğun gəlmir, əksinə, bu, prosesə zərbədir.
Bu sözləri jurnalistlərə iyulun 18-də Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
XİN-in sözçüsü bildirib ki, bu addım mövcud status-kvonu daha da möhkəmlədir və erməni tərəfinin danışıqlar aparmaq arzusunda olmadığını təsdiqləyir.
"Azərbaycanın işğal altında olan ərazilərinə bizim razılığımız olmadan, qanunsuz səfər edənlər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır".

Ermənistanın Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ bölgəsində himayə etdiyi separatçı rejim “prezident seçkisi”ni iyulun 19-da keçirəcək. “Prezident” postu uğrunda 3 namizəd var. Bunlar Qarabağdakı separatçı rejimin hazırki rəhbəri Bako Saakyan, Xankəndi Aqrar Universitetinin prorektoru Arkadi Soqomonyan və separatçı rejimin qondarma deputatı Vitali Balasanyandır

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır