Modern.az

“Sürmə 100, yaşa 100!” - avtomobillər üzərindəki yazılar...

“Sürmə 100, yaşa 100!” - avtomobillər üzərindəki yazılar...

18 İyul 2012, 14:25

Yol Polisi rəsmisi: “Buna qanunla icazə yoxdur”

Azərbaycanda bəzi sürücülər idarə etdiyi nəqliyyat vasitələrinin üzərində maraq cəlb edəcək sözlər yazırlar. Məsələn, “Sürmə 100, yaşa 100!”, “Arxamca baxma!”, “Keçmişini unutma!” və s. Şeir parçası və digər uzun fikirlər əsasən şəhərlərarası işləyən avtobuslarda müşahidə olunur. Bu yaxınlarda qonşu Türkiyədə qanunla avtonəqliyyat vasitələrində belə yazıların yazılması qadağan olundu. Belə ki, bu yazılar yolda digər sürücülərin fikrini yayındırır və nəticədə qəza baş vermə ehtimalını artırır.
Görəsən, Azərbaycanda avtomobil üzərində hər hansı bir yazının yazılmasına icazə verilirmi?

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirdi ki, nəqliyyat vasitəsindəki yazılar yalnız reklam xarakterli məlumatlar ola bilər. DYP-nin rəsmisi istənilən halda qanunun buna icazə vermədiyini dedi.

“Hər hansı şəxsin yazdığı  həmin yazı reklam məqsədi daşıyır. Nəqliyyat vasitəsində yalnız razılaşdırılmış şəkildə müəyyən yazıların və yaxud da şəkillərin yerləşdirilməsinə icazə verilir. Elə tipli yazıları avtomobilin heç bir hissəsinə vurmaq olmaz. Bu reklam xarakterli bir məlumat kimi nəzərdə tutulur. Müvafiq icazə olmadan nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 221.2 maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin şəxs bunu təbliğ etməklə, nəyi isə reklam edir. Onların arasında uzun-uzadı yazıların olmasına da icazə verilmir. Belə ki, onlar digər sürücülərin fikrini yayındıra bilər. Belə hallarla bağlı cərimə olunan sürücülər olur. Əgər kiminsə yazısı varsa, başqa yerdə yazsın. “Reklam haqqında” Qanunun pozulması da, inzibati məsuliyyətə səbəb olan xətadır”, ­ – deyə K. Əliyev bildirib.

Anar Kəlbiyev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi