Modern.az

Deputatdan təklif : “Ən ali ad təsis edilərək ölkə başçımıza təqdim edilsin”  

Deputatdan təklif : “Ən ali ad təsis edilərək ölkə başçımıza təqdim edilsin”  

Aktual

21 Noyabr 2020, 13:16

 

"Həmkarlarım Fəzail Ağamalı və Məlahət İbrahimqızının dünən parlamentin plenar iclasında cənab prezidentimizin medalla təltif olunması təklifini  alqışlayıram. Hesab edirəm ki, bu çox yaxşı təklifdir".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.

 

Deputat dünənki iclasda səsləndirdiyi fikirlərini bir daha qeyd edib:

 

"Belə bir medalın təsis olunmasının təkcə parlamentdə oturanların deyil, xalqın istəyi olduğunu söylədim. Dünən də dedim. Xalqımız  qurucu, xilaskar, qalib sərkərdə, müzəffər Ali Baş Komandan deyə cənab prezidentimizə müraciət edir. Təklif edirəm ki, keçdiyimiz böyük yolu özündə əks etdirəcək olan ən ali ad, ən ali titul təsis edilərək məhz ölkə başçısı, bütün qələbələrimizin təminatçısı olan cənab İlham Əliyevə təqdim edilsin. Düşünürəm ki, bu çox ədalətli və tarixi qərar olar".

 

Jalə Əliyeva ölkə başçımızın adların ən böyüyünə layiq olduğunu da söyləyib:

 

"Çünki bu mübarizəmizdə igidlik və qəhrəmanliq göstərən insanlarımızın təltif edilməsi haqqında danışırıqsa, bu qəhrəmanların qəhrəmanı ən böyük xilaskarımiz müzəffər Ali Baş Komandan olan cənab İlham Əliyev bu adların ən böyüyünə layiqdir"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır