Modern.az

Meksika Konqresinin Deputatlar Palatasının sədri Milli Məclisə gəlib

Meksika Konqresinin Deputatlar Palatasının sədri Milli Məclisə gəlib

Aktual

18 İyul 2012, 17:18

Modern.az xəbər verir ki, Bakıda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Deputatlar Palatasının sədrini Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov müşayiət edib. Şəhidlər xiyabanındakı abidənin önünə gül qoyan O.Arse şəhidlərin ruhuna hörmət əlaməti olaraq baş əyib.

O.Arse xiyabandan şəhərin gözəl göründüyünü  və maraqlı tikililərin onu heyran etdiyini bildirib. Sonra Milli Məclisdə Ziyafət Əsgərov başda olmaqla digər rəsmi şəxslərin qonaqla görüşü keçirilib.  

Onu da qeyd edək ki, səfər çərçivəsində O.Arsenin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.   

 

 

 

 

 

 

 

 

 

 

Anar Kəlbiyev  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir