Modern.az

Bu dövlət orqanlarından korrupsiya şikayətləri çoxdur? - SİYAHI

Bu dövlət orqanlarından korrupsiya şikayətləri çoxdur? - SİYAHI

18 İyul 2012, 17:45

Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bu ilin I yarısında ən çox korrupsiya cinayəti faktı aşkar edilən dövlət qurumlarının adlarını açıqlayıb.

İdarənin rəisi Kamran Əliyev bildirib ki, bu ilin ilk altı ayında əhalinin sosial müdafiəsi sahəsi üzrə 5, təhsil sahəsi üzrə 7, ekologiya sahəsi üzrə 5, yerli icra hakimiyyətləri ilə bağlı 5, mədəniyyət və turizm sahəsi üzrə 5, kənd təsərrüfatı sahəsi üzrə 5, banklarla bağlı 4, iqtisadi fəaliyyət sahəsi üzrə 3, polislə bağlı 3, bələdiyyələrlə bağlı 3, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlı 2, səhiyyə sahəsi üzrə 2, prokurorluqla bağlı 2, mənzil kommunal təsərrüfatı ilə bağlı 1, rabitə sahəsi üzrə 1, nəqliyyat sahəsi üzrə 1 cinayət işi istintaq edilərək baxılması üçün məhkəmələrə göndərilib. Özəl sahə ilə bağlı isə 17 cinayət işi məhkəməyə göndərilib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır