Modern.az

Azərbaycan alimləri Koreyanın atom elektrik stansiyalarında olub

Azərbaycan alimləri Koreyanın atom elektrik stansiyalarında olub

26 Yanvar 2010, 12:47

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulov Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə yanvar ayının 18-dən 24-nə kimi Koreya Respublikasında səfərdə olublar. Modern.az-ın məlumatına görə, bu barədə AMEA-nın mətbuat xidməti xəbər verib. Səfər çərçivəsində AMEA Radiasiya Problemləri İnstitutu ilə Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu arasında elmi əməkdaşlıq sahəsində niyyət protokolu imzalanıb. Sənəddə birgə elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı, layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan alimləri Koreyanın atom elektrik stansiyalarında olub, burada aparılan işlərlə maraqlanıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı