Modern.az

"1001 Gecə" restoranında 2 nəfəri güllələyən şəxs tutulub

"1001 Gecə" restoranında 2 nəfəri güllələyən şəxs tutulub

18 İyul 2012, 20:09

İyulun 17-də Səbail rayonu ərazisindəki "1001 Gecə" istirahət mərkəzində naməlum şəxs odlu silahdan atəş açaraq Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu öldürmüş, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğluna isə xəsarət yetirmişdi.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirlib ki, cinayətkar artıq qutulub. Səbail rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokuroluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülüb, hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılıb və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Həyata keçirilən tədbirlərlə cinayətdə istifadə edilmiş "Makarov" tipli tapanca hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?