Modern.az

Bir şəklin tarixcəsi - Bir kərə verilən poza, bir daha alınmaz…

Bir şəklin tarixcəsi - Bir kərə verilən poza, bir daha alınmaz…

9 Noyabr 2013, 23:12


Fotoşəkilə bəzən fotofakt da deyirlər. Fotoşəkildə donan anı bir də geri qaytarmaq olmur. Ancaq fotodakı o an hər zaman bir təsdiq mənbəyidir, əlahəzrət faktdır.

Modern.az-ın “Bir şəklin tarixcəsi” layihəsində bu gün təqdim etdiyimi fotoşəkli də bir daha alınmayacaq fotofakt saymaq olar.

Zaman 2005-ci il, məkan Strasburq, Avropa Şurası Parlament Assambleyasının binası.

O zaman mütəşəkkil qüvvə kimi çıxış edən müxalifət təmsilçiləri aralarında olan münasibətin möhkəmliyini sanki bu şəkil vasitəsilə nümayiş etdirmək istəyirlər. Üzlərindən “biz ayrılmaz dostlarıq” ifadəsini oxumaq mümkündür. Onda Əli Kəirmli ilə Qulamhüseyn Əlibəyli AXCP rəhbərliyində, Rəsul Quliyev, Sərdar Cəlaloğlu və Aydın Quliyev ADP rəhbərliyində idilər. Üstəlik də bu iki təşkilat yaxın müttəfiqlik münasibətlərində idi...

Bu gün isə 2012-ci ildir və AŞPA kuluarlarında boy verən bu beş müxalifətçidən ikisi belə, bir yerdə deyil. Qulamhüseyn Əlibəyli Əli Kərimlidən ayrılaraq öz partiyasını (Aydınlar Partiyası) qurub. Rəsul Quliyev Sərdar Cəlaloğludan ayrılaraq yeni partiya (Açıq Cəmiyyət Partiyası) təsis edib, Aydın Quliyevsə hər ikisindən uzaqlaşaraq ciddi mövqe dəyişikliyi edib. Üstəgəl, bu gün AXCP-ADP, AXCP-ACP və ADP-ACP münasibətləri də normal deyil…

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir