Modern.az

Füzulinin canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri

Füzulinin canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri

Aktual

23 Noyabr 2020, 21:55

Əlcəzairin Azərbaycandaki səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 Noyabr 2020-ci il tarixində təşkil etdiyi azad edilmiş Füzuli şəhərinə səfərində iştirak edib .

 

Bu barədə Modern.az-a Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb. Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!