Modern.az

Ən uzun orucluq müddəti - 21 saat Skandinaviyada olacaq

Ən uzun orucluq müddəti - 21 saat Skandinaviyada olacaq

İqtisadiyyat

19 İyul 2012, 14:09

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının fətvasına görə, bu il Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Hər bir ölkədə isə oruc tutma müddəti fərqlidir.

Modern.az xəbər verir ki, bu il Ramazan ayında ən uzun orucu Skandinaviya ölkələrində yaşayan müsəlmanlar tutacaq. Günəşin batmadığı Skandinaviya ölkələrindən orucun vaxtı 21 saat olacaq.

İsveçin şimalında yerləşən Kiruna və Norveçin Trömse şəhərlərində oruc tutma müddəti 21 saat olsa da, Stokholm, Oslo, Kopenhagen və Helsinkidə müsəlmanlar 20 saat oruc tutacaqlar. Xüsusilə qeyd etmək lazımdır ki, Skandinaviya ölkələrində bu il son 60 ilin ən sərin və yağışlı yay  aylarıdır. Buna görə də müsəlmanlar oruclarını rahat və heç bir çətinlik çəkmədən tuta biləcəklər.

Sevinc İltifatqızı
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!