Modern.az

Heydər Əliyevlə bağlı yeni bədii filmdə baş rolu kim oynayır? - VİDEO

Heydər Əliyevlə bağlı yeni bədii filmdə baş rolu kim oynayır? - VİDEO

19 İyul 2012, 15:28

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev haqqında yeni bədii filmin çəkilişlərinə başlanılıb. Bu barədə Modern.az saytına millət vəkili Elmira Axundova məlumat verib.

Deputat bildirib ki, film onun Heydər Əliyev haqqında yazılmış çoxcildlik “Heydər Əliyev”, “Şəxsiyət və zaman” kitablarının motivləri və mərhum dövlət başçısının həyatı əsasında yazılmış bir ssenaridir.

“Çəkilişlər artıq başlayıb. Aktyor tərkibi də təyin edilib. Çəkiliş qrupu da müəyyən edilib. Demək olar ki, gözəl dekorasiyalar qrulub. Bədii filmin çəklişlərinin ilkin mərhələsi artıq qurtarmaq üzrədir. Sonda gözəl bir film ərsəyə gələcək”.

Modern.az-a məlum olub ki, Heydər Əliyev haqqında yeni bədii filmin rejissoru Ramiz Fətəliyevdir. Əməkdaşımız film haqqında daha geniş məlumat almaq üçün Ramiz Fətəliyevin özü ilə əlaqə saxlayıb. Bizim üçün maraqlı idi, ekran əsərində Heydər Əliyev rolunun ifaçısı kimdir?

Lakin filmin çəkilişlərilə məşğul olduğunu deyən rejissor ekran əsəri barədə ətraflı danışmaq istəməyib. O, hətta filmin addını belə, deməkdən yayınıb. İsrarlarımıza baxmayaraq, R.Fətəliyev deyib ki, film hazır olmamış bu barədə qəti olaraq danışılmayacaq.

Modern.az xatırladır ki, bu, Heydər Əliyev haqqında çəkilən ikinci bədii film olacaq. Çünki ilk belə bədii film 90-cı illərin sonlarında çəkilib.
“Bir anın həqiqəti adlı”çoxseriyalı (12 seriya) bədii filmdə 1994-1995-ci illərdə Azərbaycanda baş verən siyasi-ictimai hadisələrdən danışılır. Siyasi triller janrında olan həmin film iki aparıcı süjet xəttinə malikdir. Film 1994-cü ildə prezident yanında xüsusi şöbənin rəisi Şəmsi Rəhimovun öldürülməsilə başlayır və 1994-95-ci illərdəki siyasi hadisələri əks etdirir.

Sözügedən ekran əsəri Baş prokurorun sabiq 1-ci müavini, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfovun "Gecəyarı qətl" romanının motivləri əsasında çəkilib.
Azərbaycan kino tarixində ilk dəfə bu filmdə prezident Heydər Əliyevin bədii obrazı yaradılıb. “Bir anın həqiqəti adlı” bədii filminin də quruluşçu rejissoru Ramiz Fətəliyevdir. Bu ekran əsərinin müəllifi İsa Nəcəfov, ssenari müəllifi Elmira Axundova və Ramiz Fətəliyevdir.

Həmin filmdə baş rolda – prezident Heydər Əliyev obrazını tanınmış rus aktyoru Aleksandr Baluyev canlandırıb.
Digər rollarda aşağıdakı aktyorlar çəkilib:
Fəxrəddin Manafov - Mahir Cavadov rolunda;
Ələkbər Hüseynov - Rövşən Cavadov rolunda;
Kazım Abdullayev - Əbülfəz Elçibəy rolunda;
Bəhmən Süleymanov - Süleyman Dəmirəl rolunda;
Rüfət Acalov - Rəsul Quliyev rolunda;

Bu ekran əsərininin istehsalçıları "Sərvan" Kinokompaniyası (Azərbaycan) və "İnterdet-21" Studiyasıdır. (Rusiya). Film əsasən Bakıda çəkilib.

Maraqlıdır ki, “Bir anın həqiqəti adlı”çoxseriyalı bədii film indiyədək yalnız bircə dəfə - 90-cı illərin sonunda “Space” telekanalında yayımlanıb. Ondan sonra nədənsə digər telekanallar bu filmə müraciət etməyiblər....



Şahanə RƏHİMLİ
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!