Modern.az

Azərbaycanlı səfirin müsahibəsi Xorvatiya mətbuatında...

Azərbaycanlı səfirin müsahibəsi Xorvatiya mətbuatında...

Aktual

24 Noyabr 2020, 13:10

Xorvatiyanın “Veçerni list” qəzetində və eyni adlı onlayn xəbər portalda Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri F.Qurbanovun geniş müsahibəsi dərc olunub.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibənin mövzusu əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cari ilin noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatın regiona gətirdiyi nəticələri barədə olub

 

İlkin olaraq məlumat verilib ki, Azərbaycan Respublikasının silahlı qüvvələri həyata keçirdikləri əks-əməliyyat zamanı onun qarşısında Ermənistan Respublikasının nizami ordusu durub. Xorvatiya mətbuatında geniş yayılmış nöqteyi-nəzər ki, Dağlıq Qarabağın erməniləri özləri vuruşur təkzib edilmiş və ordumuzun məhv etdiyi hərbi texnika barədə bəzi statistik məlumatlar sadalanıb.

Qeyd olunub ki, Dağlıq Qarabağ ermənilərinin 1991-ci ildə özlərini müstəqil dövlət elan etmələri heç bir hüquqi əsası olmadığı üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən ləğv olunub. Ölkəmizin BMT-yə Dağlıq Qarabağ da daxil olmaqla bütöv qəbul olunduğu və BMT TŞ-nın 1993-cü ilin Qətnamələrində bu haqda əlavə təsbiti vurğulayıb.

Jurnalist H.Diabın sualına ki, üç tərəfli Bəyanatın davamı kimi və münaqişəni siyasi nizamlanması baxımından Azərbaycan hər-hansı kompromissə hazırdırmı. Cavab verilmişdir ki, ölkəmizin ərazi bütövlüyü heç zaman müzakirə obyekti ola bilməz.

 

Sözügedən Bəyanat imzalandıqdan sonra Ermənistanda iğtişaş və mitinqlərin davam etdiyini nəzərə alaraq, hakimiyyət dəyişikliyi baş verdiyi təqdirdə Bakının addımlarını soruşan jurnalistə F.Qurbanov Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasına baxmayaraq imzalanmış sənədin bütün müddəaları tam şəkildə yerinə yetirilməlidir cavabını verib.

Bununla yanaşı müsahibənin bir hissəsi beynəlxalq mətbuatda geniş yayılmış digər mif olan Türkiyənın münaqişəyə birbaşa müdaxiləsi barədə dezinformasiyanın ifşa olunmasına ayrılıb. F.Qurbanov Türkiyə və Azərbaycan arasında tarixi köklərə dayanan qardaşlıq münasibətlərinin olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə beynəlxalq hüquqa dayanan çərçivədə əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, digər ölkələrdən olduğu kimi Türkiyədən də hərbi avadanlıq yalnız müqavilə asasında alınır. O ki, qaldı Türkiyənin Azərbaycana açıq siyasi dəstəyi, bu addımların beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə göstərildiyi söylənilib.

 

Müsahibə alan H.Diab həmçinin, Yaxın Şərqdən cəlb edilmiş muzdlular barədə sual verib. Səfir Azərbaycan ordusunun 100 min nəfərlik ordu olduğunu, ölkəmizin tam səfərbərlik elan etdiyi təqdirdə o qədər də döyüşçünün hazır olacağını bildirib. Bundan əlavə, cəbhədən yayılan xəbərlərdən göründüyü kimi ordumuz müasir üsullarla savaşdığını və belə olan halda bu konfiqurasiyaya muzdluların cəlb olunması məntiqsiz olması diqqətə çatdırıb. Ermənistanın isə əksinə olaraq, açıq aşkar digər dövlətlərdən müharibəyə döyüşçülər cəlb etməsinə baxmayaraq dünya mediasının susmasını ikili standartların bariz nümunəsi kimi söylənib.

 

Müsahibənin son hissəsi, eyni zamanda Xorvatiya və Azərbaycan arasında siyasi və iqtisadi sahədə olan münasibətlərə toxunulub. F.Qurbanov Səfirlik tərəfindən təşkil olunmuş tədbirlər barədə söz açmış, son illər bütün sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Lakin cari ildə Covid-19 pandemiyası səbəbindən bir sıra tədbirlərin təxirə salınmasına baxmayaraq bu şəraitdə də fəaliyyətin davam etdiriləcəyinə əminliyini bildirib.

 

Müsahibəni hazırkı keçidlə onlayn oxumaq mümkündür:

//www.vecernji.hr/vijesti/turska-nije-bila-umijesana-u-sukob-1446957

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır