Modern.az

Prezident Zərdabinin muzeyinə 300 min manat ayırdı

Prezident Zərdabinin muzeyinə 300 min manat ayırdı

Aktual

19 İyul 2012, 18:56

Prezident İlham Əliyev  Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyətə malikdir.
Prezident “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli 2269 nömrəli sərəncamının icrası ilə əlaqədar Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılmasını, muzeyin zəruri avadanlıqlarla təchiz olunmasını və eksponatlarla zənginləşdirilməsini, eləcə də ərazisinin abadlaşdırılmasını təmin etmək məqsədi ilə, Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan  Mədəniyyət və Turizm Nazirliyinə 300 (üç yüz) min manat ayrıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!