Arxiv
25 Noyabr 2020, 15:50 | MƏDƏNİYYƏT
Rəsulzadənin nəvəsi: “Türk dünyasının düşmənləri “Yeni Turan”ın yaranmasından qorxurlar”

“Qarabağ yarası 30 ildir bizimlədir.Torpaqlarımızın düşmən tapdağından azad olunması, üçrəngli bayrağımızın işğaldan azad edilən ərazilərimizə sancılması hamımızın arzusu idi. Arzu edərdik ki, Şuşada sancılan üçrəngli bayrağımız Bakıda keçirləcək Qələbə paradında dalğalansın. Bu azadlıq mübarizəsi 30 il ərzində keçirdiyimiz sarsıntıların, mənəvi basqının nəticəsidir”.


Bu sözləri Modern.az-a tanınmış rəssam, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. Onun sözlərinə görə, qardaş Türkiyə də bu müharibədə bizə dəstəyini ən yüksək səviyyədə göstərdi:


“Türkiyə hər zaman bizə öz mənəvi dəstəyini əsirgəməyib. Onların mənəvi dəstəyi və əməkdaşlığı bizim üçün böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Türkiyənin bütün məsələlərdə yanımızda olmağı, sülhməramlı qüvvələrinin Qarabağda  yerləşdirilməsi dünyəvi baxımdan ictimaiyyət qarşısında bizə olan basqınları azaldır”.


R.Rəsulzadə qeyd edib ki, ermənilər daim havadarlarından dəstək görüblər:


“XVIII əsrin ortalarında Avropada ermənilərin xeyrinə məqalələr çap olunurdu. Bəziləri xristian olmasından istifadə edərək, bu məqalələri xristian dövlətlərində çap etdirirdilər. 1828-ci ildən sonra erməniləri Şərqdə məskunlaşdırmaq üçün yer verdilər, hətda 1839-cu ildə İrəvan xanlığının adını dəyişdirərək Yerevan adlandırdılar. Əslində onlara bizim torpaqlarımızda yaşamaları üçün ruslar yer vermişdilər. Buna baxmayaraq, onlar qondarma “Böyük Ermənistan” qurmaq iddiasından əl çəkmirdilər.

Türk dünyasına qarşı mənfi münasibətlərin qarşısını alan türk dövlətlərinin qüdrəti, var olmağı idi. Çünki hələ keçən əsrin əvvələrində Çanakkala döyüşündə Türkiyəni parçalamaq istəyirdilər və buna nail olmadılar. Türkiyənin nə qədər güclü olduğunu çox gözəl anladılar.

Türk dünyası Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini yüksək qiymətləndirir. Türkiyə özlərini bizdən ayırmır. Biz iki dövlət bir millətik. Bu gün ki, dünya 30 il bundan qabaqkı dünya deyil. Türk dünyasının düşmənləri türk dövlətlərinin birləşib “Yeni Turan” yaratmasından qorxurlar”.

 Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI? 26 Yanvar 2021, 10:40 Daha bir baş həkim TUTULDU 26 Yanvar 2021, 10:35 Xilasetmə əməliyyatına itlər də cəlb olundu - VİDEO 26 Yanvar 2021, 10:30 Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17