Modern.az

Deputatlarımız İtaliya parlamentində olacaqlar

Deputatlarımız İtaliya parlamentində olacaqlar

Təhsil

26 Yanvar 2010, 14:38

Milli Məclisin deputatları Azər  Kərimli, Rövşən  Rzayev, Çingiz Əsədullayev,  Fuad Muradov və Qüdrət  Həsənquliyev yanvarın 26-da Romaya  səfər ediblər. Modern.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, deputatlarımız İtaliya parlamentində olacaq, Xarici İşlər Komitəsinin, İtaliya – Azərbaycan  parlamentlərarası dostluq  qrupunun  üzvləri ilə görüşəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın  perspektivləri, təcrübə mübadiləsi imkanları və digər məsələlər   müzakirə olunacaq.
Millət  vəkilləri italiyalı  həmkarlarına regiondakı  ictimai-siyasi  vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı  durumu  barədə məlumat  verəcəklər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür