Modern.az

Nazir müavini jurnalistlərə mükafatlar verib - FOTO

Nazir müavini jurnalistlərə mükafatlar verib - FOTO

Aktual

20 İyul 2012, 13:38


22 iyul - Milli Mətbuat günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib. Görüşdə veteran jurnalistləri salamlayan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov görkəmli maarifçi Həsən Bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda «Əkinçi» qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, həmişə azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirib.

İ.Rəhimov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə öz fəaliyyəti, həyata keçirilən sosial müdafiə tədbirləri barədə cəmiyyətin geniş məlumatlandırılması, eyni zamanda bu tədbirlərdə ictimai nəzarətin artırılması məqsədilə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm verir. Bununla yanaşı, sosial mövzular üzrə jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün nazirlik tərəfindən bir neçə dəfə treninqlər təşkil olunub.

Görüşdə KİV nümayəndələri ürək sözlərini ifadə edərək, ölkədə azad jurnalistikanın fəaliyyəti üçün geniş imkanlar yaradılmasından, onların dövlət tərəfindən dəstəklənməsindən, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin KİV-lə sıx əməkdaşlığından razılıqlarını ifadə ediblər. Görüşün sonunda KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür