Modern.az

İstifadəsiz kağız parçası

İstifadəsiz kağız parçası

26 Noyabr 2020, 17:44

“Fransa Respublikası Senatının qəbul etdiyi məlum qərarın bizim üçün heç bir mənası yoxdur, cırılıb atılmış və istifadəyə yararsız kağız parçasıdır. Nə üçün?

 

Birincisi, bu qərar ədalətsizdir, beynəlxalq hüququ saya salmır və təcavüzkara, işğalçıya haqq qazandırır. Çünki bütün beynəlxalq sənədlərdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycan ərazi bütövlüyü tanınır və Fransa özü bu sənədlərə səsə verib.

 

Dövlətin öz imzasına hörmət etməməsinin adı nədir? Və belə bir dövlətlə gələcəkdə əməkdaşlıq edilərmi?

 

İkincisi, Fransa Minsk qrupunun həmsədr ölkələrindən biri kimi daim təcavüzkarın tərəfini saxlamaqla bitərəfliyini, mandatını kobud surətdə pozduğundan etimadı tamamilə itirib, eyni zamanda ATƏT-in nüfuzuna ciddi xələl gətirib.

 

Bundan sonra Fransanın Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycan tərəfindən qəbul edilməsi yalnız xəyalları olar.

 

Nəhayət, dünyaya azadlıq, bərabərlik və qardaşlıq şüarları bəxş edən bir ölkənin Senatı bu qərarı qəbul etməklə həmin dəyərləri ayaq altına atıb, vəhşi bir qəbilə, ünsür olan ermənilərin səviyyəsinə enərək səviyyəsizliyini nümayiş etdirib, terrorçu, işğalçı və təcavüzkarın yanında yer alıb. Bu, eyni zamanda fransız xalqının dəyərlərinin ayaq altına atılmasıdır. Deməli, mövqeyi riyakarlıqdan başqa bir şey olmayan Fransanın bundan sonra beynəlxalq hüquq normalarından, haqq-ədalətdən danışmağa mənəvi haqqı yoxdur”.

 

Musa Qasımlı, millət vəkili

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub