Modern.az

ANS-in saytına haker hücumu olub

ANS-in saytına haker hücumu olub

20 İyul 2012, 14:41

Anspress.com saytına haker hücumu olub. Bu barədə sayt rəhbərliyi məlumat yayıb.

Saytının aparıcı redaktoru Azad Əliyevin Modern.az-a veridiyi məlumata görə, haker hücumu müxtəlif İP ünvanlardan edilib. Onun sözlərinə görə, haker hücumunun dəqiqliyi ilə hansı İP ünvandan edildiyi məlum deyil. Ona görə də problemin qarşısını almaq çətindir: “Amma problem müəyyən qədər aradan qaldırılsa da, sürət həddən artıq zəifdir. Güman edirəm ki, saytın fəaliyyəti günün sonuna kimi bərpa olunacaq. Problemin aradan qaldırılması üçün işlər davam etdirilir”.  


 

Gültəkin Ələsgər   

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır