Modern.az

Baş Prokurorluğun “Facebook” səhifəsi belə nişanlandı

Baş Prokurorluğun “Facebook” səhifəsi belə nişanlandı

Aktual

26 Noyabr 2020, 20:32

Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılması üçün "Facebook", "Instagram", "Twitter", "YouTube", "Telegram" və "LinkedIn" sosial şəbəkələrindən istifadə edir.

 

Modern.az xəbər verir ki, noyabrın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi (//www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənib. “Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifə saxta səhifələrdən asanlıqla ayırd edilir.

 

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" səhifəsinin rəsmi olaraq mavi nişan vasitəsilə təsdiqlənməsinə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən yardım olunduğu bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi