Modern.az

25 yaşlı Bakı sakinini girov götürənlər 1 milyon manat tələb ediblər

25 yaşlı Bakı sakinini girov götürənlər 1 milyon manat tələb ediblər

26 Yanvar 2010, 15:06

Bakı şəhər sakinləri Vadim Quliyev və Nikolay Limberq qabaqcadan əlbir olaraq Bakı şəhər sakini, 25 yaşlı Timur Əliyevi girov götürüb və valideynlərinə qaytarılması müqabilində 1 milyon manat verilməsini tələb ediblər. Modern.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
DİN-dən bildirilib ki, girovun atası Sərdar Əliyev cinayətkarlara 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “VAZ-2107” markalı avtomaşınlarını, 33 min manat nəqd pul və 4160 manat dəyərində qızıl-zinət əşyaları verdikdən sonra Timur azad edilib.

Hadisə barədə əməliyyat məlumatı əldə edən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “isti izlər”lə əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə cinayətkarlar – V.Quliyev, N.Limberq və  R.Hacıyev Nəsimi rayonu ərazisindəki “Nəsimi” bazarının yaxınlığında S.Əliyevdən əlavə olaraq  30.000 dollar alarkən əməliyyat qrupu tərəfindən yaxalanıblar.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir