Modern.az

Azərbaycan diasporu Fransanın iyrənc qətnaməsinə qarşı: “Fərqli mübarizə üsulu seçə bilərik”

Azərbaycan diasporu Fransanın iyrənc qətnaməsinə qarşı: “Fərqli mübarizə üsulu seçə bilərik”

Aktual

27 Noyabr 2020, 14:46

Fransa senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaqla bağlı qətnamə qəbul edib. Qətnamədə Fransa senatı açıq şəkildə təcavüzkar Ermənistanın mövqeyindən çıxış edib.  

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın İsveçrədəki Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirovun sözlərinə görə, Fransa parlamentinin qəbul etdiyi təkliflər çox şiddətlə qarşılanıb:

“İlk növbədə ona görə ki, Fransa yüz illər boyunca yüzlərlə ölkəni, xalqları müstəmləkə altında saxlayan dövlətdir. Fransa minlərlə insanın qətlinə qol qoymuş bir ölkədir. Bu ölkənin başqa bir ölkəyə belə təkliflərini, diləklərini, istəklərini düzgün saymıram. Bunu tam şəkildə başqa bir ölkənin ərazi bütövlüyünə təcavüz olaraq qəbul edirəm”.

Q.Nəsirov qeyd edib ki, Dağlıq Qarabağ dünya ölkələri, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qəbul edilib:

“Fransa da BMT-nin üzvü olduğuna görə, Minsk qrupunun nümayəndəsi olaraq haqqı yox idi ki, bir tərəfi tutub, açıq şəkildə parlamentdə belə bir təklif qəbul etsin. Bu o deməkdir ki, Minsk qrupunda Fransaya əslində yer yoxdur.  Fransa orada olmamalıdır, çünki qərəzli düşüncələri var. Onlar da birtərəfli açıq şəkildə erməniləri dəstəkləyir”.

Diaspor rəhbəri bildirib ki, fikirlər səsləndirilir ki, Fransanın ayrı-ayrı ölkələrdəki səfirliklərinin qarşısında etiraz aksiyası keçirək: “Hər ölkənin öz siyasəti var. İsveçrədə Fransa səfirliyinin qarşısında ilk növbədə aksiya keçirməyə icazə verməzlər.

Amma Fransa parlamentinin bu iyrənc, beynəlxalq qanunlara zidd addımını bütün fəaliyyətimizdə pisləməliyik. Bunu üçün dünya azərbaycanlıları yaşadıqları ölkədə fərqli mübarizə üsulu seçə bilərlər”.

Koordinasiya Şurası rəhbərinin fikrincə, Azərbaycanda Fransa səfirliyi qarşısında dinc bir aksiya keçirilməlidir:

“Tamamilə onların qəbul etdiyi təklifləri pisləyən bir aksiyanı Parisdə- Fransanın hökümət binasının qarşısında azərbaycanlılar keçirə bilər və keçirilməlidir”.


Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı