Modern.az

Akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara müraciət etdi

Akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara müraciət etdi

Aktual

27 Noyabr 2020, 15:50

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı beynəlxalq təşkilatlara, Avropa ölkələrinin mədəniyyət nazirliklərinə, dünyanın aparıcı universitetlərinə müraciət ünvanlayıb.

Modern.az –ın məlumatına görə, müraciətdə bildirilir ki, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq Azərbaycanın yaşayış məntəqələrini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoydular.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində erməni təxribatının qarşısı alındı, otuz ilə yaxın işğal altında qalan Azərbaycan əraziləri azad olundu.

 Akademik N.Vəlixanlı qeyd edib ki, işğal dövründə Azərbaycan xalqının irsi olan bir çox tarixi-mədəni abidələr erməni vandalizminin qurbanına çevrilib.

“Ermənilər müsəlmanlara məxsus dini abidələri dağıtmış, təhqir etmiş, bir çoxunu mal-qara saxlamaq üçün istifadə etmiş, azərbaycanlıların qəbiristanlıqlarını dağıntılara məruz qoymuşlar. Bununla yanaşı, son vaxtlar Azərbaycanın xristian memarlığının dəyərli abidələrindən sayılan alban monastır və kilsələrinin erməni dini abidələri kimi dünyaya təqdim edilməsi cəhdləri artmışdır”.

Müraciətdə bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişindən yadigar qalmış abidələrin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Məhz buna görə, Azərbaycan xalqı bəşəri dəyəri olan, müxtəlif xalq və konfessiyalara məxsus mədəni abidələri həmişə qoruyub və bundan sonra da qoruyacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir