Modern.az

“Qasid”in yoxluğu qəzetləri ölümə aparırmı?

“Qasid”in yoxluğu qəzetləri ölümə aparırmı?

20 İyul 2012, 17:38

Baş redaktorun müavini: “Hələlik yeganə çıxış yolu abunədir”

“Qasid” yayım firmasının köşkləri götürülür, onun yerinə isə yeni “Kiosk-Press” köşkləri qoyulur. Sahibi bilinməyən bu köşklərdə isə satış məhsulu kimi qəzet ən son sıradadır.
Qeyd edək ki, “Qasid” ASC-nin əməkdaşları köşklərinin götürülməsinə etiraz olaraq Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Bundan əvvəl isə yayım məsələləri ilə bağlı problemlər Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov redaktorlarla görüşündə toxunulmuşdu.
“Bizim yol” qəzetinin baş redaktor müavini Elçin Rüstəmli Modern.az-a açıqlamasında mövcud durumu belə şərh edib: “Təkcə “Qasid” firmasının deyil, eləcə digər yayım firmalarının qəzet yayımı işinin çətinləşib. Qəzet satışını optimallaşdırmaq üçün abunə kampaniyasına start vermişik. Hələlik bu istiqamətdə çalışırıq. “Qasid” firmasının fəaliyyətinin dayanması çox çətin vəziyyət yaradır. Hələlik abunədən başqa bir çıxış yolumuz yoxdur”.
E. Rüstəmli yeni köşklərə qəzetlər verilsə də, o köşklərin məqsədinin qəzet satmaq olmadığını deyib: “Onlar ticarət köşkləridir. Onların “Qasid” firmasının, eləcə də digər yayım firmalarının köşklərindən fərqlidirlər. Əvvəlki köşklər ancaq qəzet satırdılar, bu yeni köşklərin əsas məqsədi başqadır. Onların gəlir mənbəyi qəzet deyil, ticarətdir. Qəzet oxuyan adama o köşklərə yaxın getmir”.

Sevinc İltifatqızı
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?