Modern.az

İranın Azərbaycandakı səfirliyindən səfir barədə açıqlama

İranın Azərbaycandakı səfirliyindən səfir barədə açıqlama

Aktual

20 İyul 2012, 18:10

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami Azərbaycandan gedir. Bunu Modern.az-a açıqlamasında İran səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namidar deyib.

“Cənab səfir bazar günü axşam İrana yola düşəcək. Digər səfir gələnə kimi Məhəmmədbağır Bəhraminin səlahiyyətlərini İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yerinə yetirəcək”.

Yeni səfirin Azərbaycana nə zaman təyin olunacağına gəlincə, mətbuat xidmətinin əməkdaşı bu haqda məlumatı olmadığını bildirdi.

Anar Kəlbiyev
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!