Modern.az

Azərbaycan və Belorus mütəxəssisləri şəhərsalma məsələlərini müzakirə ediblər

Azərbaycan və Belorus mütəxəssisləri şəhərsalma məsələlərini müzakirə ediblər

Təhsil

26 Yanvar 2010, 15:27

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Belorusiya Respublikasının Tikinti və Arxitektura Nazirinin müavini Niçkasov Anatoli İvanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, söhbət zamanı hər iki ölkədə şəhərsalma sahəsində mövcud vəziyyət, mülkiyyət müxtəlifliyi şəraitində məskunlaşma və memarlıq məsələlərinin həlli yollarına dair geniş fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlıq imkanları və tərəfləri maraqlandıran diğər məslələr müzakirə edilib.
Görüşdə «Belniip qradastroitelstva» İnstitutunun direktoru İvliçev Viktor Pavloviç, «Minskproyekt» UM-nin baş memarı Qauxfeld Mixail Lvoviç, «Minskqrajdanproyekt» ASC-nin baş memarı Kustov Yuri Konstantinoviç və Belorus Respublikasının Azərbaycan Respublakasındakı fövqəladə və səlahiyyətli səfiri Patskeviç Nikalay Yermolayeviç iştirak edib.
Azərbaycan tərəfdən isə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Məcidov Nazim, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi direktorunun müavini Elxan Əsədov, Memarlar İttifaqının birinci katibi Elbay Qasımzadə, Komitənin mərkəzi aparatının məsul işçiləri və aparıcı layihə institutlarının direktorları iştirak ediblər. Müzakirələr davam edir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?