Modern.az

I ixtisas qrupunun imtahanlarından 42 abituryent qovulub

I ixtisas qrupunun imtahanlarından 42 abituryent qovulub

20 İyul 2012, 19:20

I ixtisas qrupu üzrə qəbul imtahanında iştrak edən 42 abituriyent imtahandan xaric olunub. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. TQDK rəsmisi bildirib ki, 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında işrtak edən 42 abituryent imtahan qaydalarını pozduqlqrına, köçürməyə cəhd göstərdiklərinə görə zaldan çıxarılıblar və nəticələri ləğv edilib.

E.Nağızadə həmçinin 1200 abituryentin ümumiyyətlə imtahana gəlmədiyini qeyd edib. TQDK rəsmisi imtahan nəticələrinin gələn həftənin əvvəlində elan olunacağını deyib.

Qeyd edək ki, 2012-ci ildə  I qrup üzrə  33533  abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  19847  nəfərini oğlanlar, 13686  nəfərini isə qızlar təşkil edir.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi