Modern.az

Xoşladığın meyvənin adını söylə, sənin xarakterini deyim - MARAQLI

Xoşladığın meyvənin adını söylə, sənin xarakterini deyim - MARAQLI

21 İyul 2012, 10:18


İnsanların xoşladıqları meyvələrə görə xasiyyətini təyin etmək olurmuş... Modern.az bununla bağlı məlumatları diqqətinizə çatdırır...

PORTAĞAL

Əgər sevdiyiniz meyvə  portağaldırsa, sonsuz səbirli, iradəli xarakterə malik olan bir insansınız. İşlərinizi daha səbirli görürsünüz və hər addımı düşünərək atırsınız.  İşləməkdən əsla bezmir, hətta zövq alırsız. Portağalı sevən insanlar,  sizə asanlıqla etibar etmək mümkündür.

ALMA

Sözünü deməyi bacaran sərt və səbrsiz bir insansınız. Yaxşı bir təşkilatçı olmasanız da, bu sizin yaxşı rəhbər olmayacağınız mənasını kəsb etmir. Tez qərar vermə və geriyə addım atmaqda çox  ustasanız. Həyata qarşı daima optimist fikirli insansınız.

BANAN

Bu insanlar səmimi və duyğulu insanlardır. Utancaq təbiətli və öz güvəni olmayan xarakterə malikdirlər. Belə insanları aldatmaq daha asandır. Tərəf müqabilini tanıdıqca sevə bilən bir insansınız. 

GİLAS

Enişli-yoxuşlu bir həyatınız var. Bu insanlar daima xəyal qururlar  və yaradıcılıq qabiliyyətləri çox güclüdür. Sadiq bir insansınız və  duyğularınızı ifadə etməkdə həmişə zor anlar yaşayırsınız.

ÜZÜM

Mülayim xarakterə maliksiniz. Bəzən özünüzdən tez çıxır, amma bunu tezliklə aradan qaldırırsınız. Çox səmimi, eyni zamanda gördüyünüz işdən zövq alan birisiniz. İnsanlar sizinlə bir yerdə olmaqdan heç vaxt bezmirlər, çünki onlar sizin dəyərli məsləhətlərinizə hər zaman ehtiyac duyurlar.

ŞAFTALI

Nikbin xarakterə maliksiniz, yaşamağı sevirsiniz. Dostlarınız sizin üçün çox əhəmiyyətlidir. Baş verən hadisələri böyütmür və asanlıqla bağışlayırsınız. Sözünü deməyi bacaran birisiz. Hər bir işə həvəslə yanaşmağınız,  sizin sonunda qalib olmağınızla nəticələnir.

HEYVA

Mühafizəkar bir xarakterə maliksiniz. Dərin düşüncəli və diqqətli bir insan olduğunuza görə , heç bir işi tələsik etmirsiniz. Tutduğunuz  işi bacaran və  insanların səhvlərini vaxtında görə bilirsiniz. Tərəf müqabilinizi seçərkən onun xarici görünüşündən çox,  zəkasına önəm verirsiniz.

ARMUD

Bu insanlar ağıllarına qoyduqları  hər bir şeyi yerinə yetirirlər. Dəyişkən birisiz və başladığınız işi bitirməkdə çətinlik çəkirsiniz. Əməyinizin qarşılığını tezliklə görmək və gələcəkdə baş verən hadisələrdən xəbərdar olmaq istəyirsiniz. Tezliklə  dostluq əlaqələri yaratmaq qabiliyyətinə maliksiniz və bunu davam elətdirməkdə çətinlik çəkirsiniz.

ƏNCİR

Hər şeyi dərindən düşünən və həssas bir insansınız.  İctimaiyyət içində olmağı xoşlasanız da, hər zaman məsafə saxlamağı bacarırsınız. Açıq gözlü, baş verə bilən hadisələri anında hiss edə bilən , eyni zamanda inadkar bir insansınız. İş həyatında rəhbərliyin diqqətində olmağı üstün tutursunuz.

YEMİŞ

Mülayim xarakterli olmağınız sizin insani keyfiyyətlərinizdən xəbər verir.  Başınıza gələn hadisələrə bədbin yanaşmırsınız və bu hadisələri tezliklə ötüb keçəcəyini düşünürsünüz. Əyləncəli və mərd bir insan olduğunuza görə,  insanlar sizə tərəf yönəlir. İş həyatında istədiyinizə nail olmağı bacaran birisiz. Yeni insanlarla tanışlıqdan məmnunluq duyursunuz. Tərəf müqabilinizə ən təsiredici silahınız yumor hissinizin güclü olmasıdır.

Hazırladı Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir