Modern.az

“Euronevs” telekanalının müxbiri məcburi köçkün qəsəbələrində olub

“Euronevs” telekanalının müxbiri məcburi köçkün qəsəbələrində olub

Təhsil

26 Yanvar 2010, 15:44

Azərbaycanda səfərdə olan “Euronevs” telekanalının müxbiri Laura Davudeskuya Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqovun müşaiyəti ilə müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olub. “Dövlətqaçqınkom”un mətbuat xidmətinin məlumatına görə, “Euronevs” təmsilçisinin Beyləqan, Goranboy, Ağdam və Füzuli rayonlarına səfəri təşkil edilib. Müxbir Füzuli rayonunun “Örənqala” və “Zobucuq” adlanan ərazilərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdəki vəziyyətlə yerində tanış olub, məcburi köçkünlərlə görüşüb söhbət edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!