Modern.az

Sumqayıtlı gənclər sabah aksiya keçirəcəklər

Sumqayıtlı gənclər sabah aksiya keçirəcəklər

21 İyul 2012, 12:21

Sabah Sumqayıt gəncləri şəhərdə flashmob keçirəcəklər. Modern.az xəbər verir ki, gənclər Sumqayıt şəhərində yerləşən “Göyərçin parkında” 22 iyul Mətbuat günü münasibətilə "kitab flashmob"-u keçirəcəklər. Məqsəd gənclərin kitaba və mətbuata marağını artırmaqdır. Flashmob-da 100-ə yaxın gənc eyni anda hamının görə biləcəyi şəkildə kitab oxuyacaq. İnsanların maariflənməsinə yönəlmiş bu aksiya saat 19:00 başlayacaq. Giriş azad olduğu üçün hər kəs iştirak edə bilər.

Anar Kəlbiyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi