Modern.az

OPEK nazirləri razılaşa bilmədilər

OPEK nazirləri razılaşa bilmədilər

29 Noyabr 2020, 23:30

Noyabrın 29-u OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr konsensus əldə olunmadan başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TASS"a təşkilatdakı mənbə bildirib.

 

Onun sözlərinə görə, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər:

 

"Görüş başa çatdı. Məsləhətləşmələri və danışıqları davam etdirməliyik".

 

"Bloomberg" agentliyi öz növbəsində bildirir ki, komitə üzvlərindən bir neçəsi məhdudiyyətlərin yumşaldılmasının 2021-ci ilin yanvarından daha gec bir tarixə təxirə salınması ilə razılaşmırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər