Modern.az

Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı

Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı

Aktual

30 Noyabr 2020, 00:39

Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov dünya üçün yüksək ölümlə nəticələnəcək yeni epidemiyanı proqnozlaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə həkim öz "Telegram" kanalında yazıb.

 

Həkim insanların COVID-19 kimi bir epidemiyaya hazır olmadığını bildirib. Xüsusilə, onlarla mübarizə aparacaq universal bir peyvənd yoxdur:

 

"35-40 faiz ölüm nisbəti ilə yeni bir virus yayılsa, belə bir peyvənd meydana çıxana kimi on milyonlarla insan öləcəkdir. Demək istəyirəm ki, indi bütün alimlərin səylərini belə bir peyvəndin yaradılması üzərində cəmləşdirməliyik! İstənil pul, vəsaitlər təmin edilməlidir".

 

A.Myasnikovun sözlərinə görə, bəşəriyyət üçün məhz qrip - quş ya da donuz qripi təhlükəsi var:

 

"Viroloqların yazdıqları kimi: bir-iki mutasiyadan sonra bizi ciddi bir epidemiya gözləyir!"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi