Modern.az

Kakaonun əqli fəallıq üçün faydası - alimlər üzə çıxardılar

Kakaonun əqli fəallıq üçün faydası - alimlər üzə çıxardılar

Aktual

30 Noyabr 2020, 09:00

Kakaonun tərkibindəki flavanol orqanik maddələri əqli fəallığı yaxşılaşdırmağa və qan damarlarını möhkəmləndirməyə kömək edir.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya və Amerika alimlərinin “Scientific Reports” jurnalında dərc olunmuş məqaləsində bildirilir.

 

Mütəxəssislər öz sınaqlarına hər hansı xəstəliyi olmayan 18 nəfəri cəlb ediblər. Əvvəlcə yoxlanılanlara flavanolun artırılmış, sonra isə azaldılmış porsiyasının olduğu kakao veriblər. Kakaonun istifadəsindən sonra iştirakçılar qana beyinə yüksək oksigeni çatdırmağa imkan verən karbon qazı ilə nəfəs almalı idilər.

 

Paralel sınağın iştirakçılarına məntiqi məsələləri həll etmək təklif edilib. Sınağın gedişatında alimlər iştirakçıların beyinlərinin qabığının ön hissəsində oksigenin səviyyəsini ölçüblər.

 

Məlum olub ki, sınağın flavonolun yüksək hissəsini qəbul edən iştirakçıları qarşıya qoyulan məsələlərin öhdəsindən yaxşı gəliblər.

 

Qeyd edilir ki, bu maddələr həmçinin çayın, üzümün və almanın tərkibindədir. Amerika və Britaniya mütəxəssisləri belə nəticəyə gəliblər ki, həmin məhsulların istifadəsi əqli fəallığa müsbət təsir edir və damarların divarlarını bərkidir. Bu isə öz növbəsində qocalıqda demensiyadan uzaq olmağa imkan verir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir